Sahil Babayev qeyri-rəsmi formada GÖRÜNTÜLƏNDİ -FOTO
11 Noyabr 2026, 23:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
599
09.05.2026, 10:07
Mayın 8-də Bakı Konqres Mərkəzində “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu24.com-a verilən məlumata görə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir Gənclər və İdman Nazirliyinin, “ASAN xidmət”in və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşdırılıb.
Gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, "Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov və Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov Ulu Öndərin zəngin dövlətçilik fəaliyyətindən, Azərbaycanın dirçəlişində və müstəqil dövlət kimi formalaşmasında oynadığı müstəsna rolundan söz açıblar.
Forumun ikinci hissəsində “Heydər Əliyevin dövlətçilik irsi və gənclər siyasəti” mövzusuna həsr olunan panel görüşdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Könül Nurullayeva və Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktorunun müavini Rəna Məmmədova iştirak ediblər.
Panel çərçivəsində Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı dövlətçilik prinsipləri, gənclər siyasətinin institusional əsasları, təhsil və insan kapitalının inkişafından danışılıb. Eləcə də gənclərin dövlət idarəçiliyində və ictimai həyatda rolu, müasir dövrdəki yeni çağırışlar müzakirə olunub.
Forumda bu istiqamətdə reallaşdırılan silsilə tədbirlərlə bağlı və Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən videoçarxlar nümayiş olunub.
Xatırladaq ki, silsilə tədbirlər çərçivəsində “Milli dövlətçilik yolumuz” adlı intellektual çempionat və “Zirvə” gənclər düşərgəsi keçirilib.






23:28 / 11 Noyabr 2026
37
23:24 / 11 Noyabr 2026
37
23:18 / 11 Noyabr 2026
50
23:09 / 11 Noyabr 2026
67
23:03 / 11 Noyabr 2026
54
23:01 / 11 Noyabr 2026
91
22:55 / 11 Noyabr 2026
72
22:38 / 11 Noyabr 2026
127
22:31 / 11 Noyabr 2026
91
22:26 / 11 Noyabr 2026
6029
22:22 / 11 Noyabr 2026
99
22:20 / 11 Noyabr 2026
94
22:15 / 11 Noyabr 2026
1048
22:11 / 11 Noyabr 2026
88
22:07 / 11 Noyabr 2026
100
22:06 / 11 Noyabr 2026
94
21:59 / 11 Noyabr 2026
141
21:45 / 11 Noyabr 2026
99
21:14 / 11 Noyabr 2026
917
21:08 / 11 Noyabr 2026
499
21:05 / 11 Noyabr 2026
127
20:58 / 11 Noyabr 2026
137
20:49 / 11 Noyabr 2026
635
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.