Sumqayıtda iş axtaranlara ŞAD XƏBƏR
13 Noyabr 2026, 20:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
706
25.02.2026, 10:17
Fevralın 24-də Leyla Əliyeva Quba rayonuna səfəri çərçivəsində arıçı Zəfər Əzizovu evində ziyarət edib.
Oxu24.com xəbər verir ki, görüş zamanı Leyla Əliyeva arıçı ailəsi ilə səmimi söhbət edib, təsərrüfatın gündəlik fəaliyyəti ilə yaxından maraqlanıb.
Zəfər Əzizov arıçılıq sahəsindəki təcrübəsi və ailəsinin təsərrüfatı olan “Ballı Pətək” brendi haqqında ətraflı məlumat verib. 1997-ci ildən peşəkar arıçılıqla məşğul olmağa 2 arı ailəsi ilə başladığını bildirən Z.Əzizov hazırda onların sayının 200-ü ötdüyünü deyib. Qeyd edib ki, ailə təsərrüfatı 2010-cu ildən “Ballı Pətək” brendi ilə fəaliyyətini genişləndirərək bazara may, meşə və dağ balları təqdim edir. Z.Əzizov bal və digər arı məhsullarını əldə etmək üçün arı ailələrini Xaçmaz, Şabran, Qusar, Quba və başqa rayonlara apardığını vurğulayıb. Bildirilib ki, illik istehsal gücü 2-3 ton olan təsərrüfatda, həmçinin arı südü, çiçək tozu və güləm kimi faydalı məhsullar əldə edilir. Bununla yanaşı, Z.Əzizov cins ana arı yetişdirməklə də məşğuldur.
Səmimi mühitdə keçən görüşün davamında Leyla Əliyeva ev sahibləri ilə birgə arı mumundan təbii şamların hazırlanmasında yaxından iştirak edib.
Arıçı Zəfər Əzizov və ailəsi Leyla Əliyevaya səmimi ziyarətə və diqqətə görə minnətdarlığını ifadə edib, ona hədiyyə təqdim edib.

20:50 / 13 Noyabr 2026
1
20:41 / 13 Noyabr 2026
47
20:37 / 13 Noyabr 2026
48
20:35 / 13 Noyabr 2026
17
20:20 / 13 Noyabr 2026
68
20:09 / 13 Noyabr 2026
181
20:06 / 13 Noyabr 2026
67
20:05 / 13 Noyabr 2026
74
19:58 / 13 Noyabr 2026
160
19:53 / 13 Noyabr 2026
176
19:41 / 13 Noyabr 2026
104
19:38 / 13 Noyabr 2026
573
19:35 / 13 Noyabr 2026
92
19:30 / 13 Noyabr 2026
306
19:28 / 13 Noyabr 2026
137
19:23 / 13 Noyabr 2026
97
19:05 / 13 Noyabr 2026
98
18:59 / 13 Noyabr 2026
101
18:59 / 13 Noyabr 2026
95
18:50 / 13 Noyabr 2026
95
18:38 / 13 Noyabr 2026
111
18:31 / 13 Noyabr 2026
93
18:26 / 13 Noyabr 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.