Sumqayıtda iş axtaranlara ŞAD XƏBƏR
13 Noyabr 2026, 20:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1582
24.02.2026, 20:23
Oxu24.com xəbər verir ki, Azərbaycanda tərxis olunan hərbi qulluqçuların qeydiyyata düşmə müddəti 3 gündən 7 günə uzadılır.
Əsas yeniliklər:
* Yeni müddət: Ehtiyata buraxılan vətəndaşlar yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün 7 gün ərzində müvafiq quruma müraciət etməlidirlər.
* Məqsəd: Bu dəyişiklik hərbi xidmətdən dönənlərin qeydiyyat prosesini asanlaşdırmaq üçün təklif olunub.
* Status: Qanun layihəsi artıq parlamentin Gənclər və idman komitəsində müzakirə edilib.
Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Oxu24.com-a açıqlama verib.
“Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 7.1-ci bəndinə əsasən Vətəndaşlar (bu Qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə gəlməlidirlər.
Əsgər rütbəsi ilə tərxis olunanlar hərbi bileti ilə, zabit, gizir və müddətdən artıq hərbi qulluqçu kimi tərxis olunanlar isə təyinat vərəqələri ilə 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə gəlməlidirlər.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan zabit, gizir və miçmanların hərbi qeydiyyatı və hərbi uçotu haqqında Təlimata əsasən ehtiyatda olan zabit, gizir və miçmanların hərbi qeydiyyat və hərbi uçot işinin aparılmasına dair xidmətin strukturuna daxil olan qurumların ümumi vəzifələrinə ehtiyatda olan zabit, gizir və miçmanlar hərbi qeydiyyat və hərbi uçot qaydalarını pozduqda, çağırış üzrə Xidmətin strukturuna daxil olan qurumlara üzürlü səbəblər olmadan gəlmədikdə, hərbi bileti qəsdən korladıqda və ya etinasız saxlanılması nəticəsində itirdikdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qanuna müvafiq tədbirlərin görülməsi aiddir. Belə ki, üzrlü səbəb olduqda vətəndaş bununla bağlı sənəd təqdim etməlidir. Müvafiq sənədə baxıldıqdan sonra nəticəsi barədə məlumat veriləcəkdir.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.2.1-ci bəndinə əsasən Vətəndaşların hərbi qeydiyyat üzrə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş vəzifələrini icra etməməsinə, yəni vətəndaşlar (müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər istisna olmaqla) ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə yüz manat məbləğində cərimə edilir”.
Çimnaz Telmanqızı
20:50 / 13 Noyabr 2026
1
20:41 / 13 Noyabr 2026
47
20:37 / 13 Noyabr 2026
48
20:35 / 13 Noyabr 2026
17
20:20 / 13 Noyabr 2026
68
20:09 / 13 Noyabr 2026
181
20:06 / 13 Noyabr 2026
67
20:05 / 13 Noyabr 2026
74
19:58 / 13 Noyabr 2026
160
19:53 / 13 Noyabr 2026
176
19:41 / 13 Noyabr 2026
104
19:38 / 13 Noyabr 2026
573
19:35 / 13 Noyabr 2026
92
19:30 / 13 Noyabr 2026
306
19:28 / 13 Noyabr 2026
137
19:23 / 13 Noyabr 2026
97
19:05 / 13 Noyabr 2026
98
18:59 / 13 Noyabr 2026
101
18:59 / 13 Noyabr 2026
95
18:50 / 13 Noyabr 2026
95
18:38 / 13 Noyabr 2026
111
18:31 / 13 Noyabr 2026
93
18:26 / 13 Noyabr 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.