DİQQƏT! İmtahanın vaxtı dəyişdirildi
13 Noyabr 2026, 20:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
862
24.02.2026, 20:12
Azərbaycanda “Bolt” platforması ilə əməkdaşlıq edən bir sıra park sahibləri və sürücülər şirkətin yerli idarəetmə strukturlarında sistemli haqsızlıq, selektiv yanaşma və korrupsiya elementləri ilə üzləşdikləri barədə şirkətin Estoniyadakı rəhbərliyinə şikayətlərini bildiriblər.
Oxu24.com "Bakupost.az"a istinadən xəbər verir ki, “Bolt”la əməkdaşlıq edən bir neçə sahibkarın şikayəti nəticəsində şirkətin Bakı ofisində yoxlamalar aparılıb. Şirkət daxilində maliyyə və idarəetmə prosesləri yoxlanılıb.
Ciddi pozuntular aşkarlanan Bakı ofisinin rəhbəri Naim Əzizov və bir neçə səlahiyyətli şəxs işdən azad edilib.Lent.az məsələ ilə bağlı "Bolt"a sorğu ünvanlayıb.
Şirkətdən sorğumuza cavab olaraq rəhbərlikdə dəyişikliklərin baş verdiyini təsdiqləyiblər.
Bildirilib ki, bu qərar "Bolt"un taksi əməliyyatlarına və digər biznes istiqamətlərinə təsir göstərmir:
"Platforma üzrə bütün tərəfdaşlardan, o cümlədən avtopark sahiblərindən, uyğunluq, dürüstlük və qanunvericiliyə əməl etmə standartlarımıza riayət etmələrini gözləyirik. Siyasətlərimizə və daxili nəzarət prosedurlarımıza tam əməkdaşlıq etməyi tələb edirik və bu standartlara əməl olunmadığı hallarda müvafiq tədbirlər görürük".
21:03 / 13 Noyabr 2026
16
20:58 / 13 Noyabr 2026
36
20:50 / 13 Noyabr 2026
174
20:41 / 13 Noyabr 2026
72
20:37 / 13 Noyabr 2026
68
20:35 / 13 Noyabr 2026
42
20:20 / 13 Noyabr 2026
78
20:09 / 13 Noyabr 2026
232
20:06 / 13 Noyabr 2026
75
20:05 / 13 Noyabr 2026
79
19:58 / 13 Noyabr 2026
213
19:53 / 13 Noyabr 2026
187
19:41 / 13 Noyabr 2026
108
19:38 / 13 Noyabr 2026
625
19:35 / 13 Noyabr 2026
95
19:30 / 13 Noyabr 2026
321
19:28 / 13 Noyabr 2026
148
19:23 / 13 Noyabr 2026
100
19:05 / 13 Noyabr 2026
102
18:59 / 13 Noyabr 2026
103
18:59 / 13 Noyabr 2026
98
18:50 / 13 Noyabr 2026
101
18:38 / 13 Noyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.