İyulun son günlərində bəxti gətirəcək 4 bürc
26 İyul 2026, 12:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1892
24.02.2026, 17:58
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm və təhsil şöbəsi sosial şəbəkələrdə bu qurumda Ramiz Mehdiyevin kadrına yüksək vəzifə verildiyi barədə yayılmış məlumatlara aydınlıq gətirib.
AMEA-dam Oxu24.com-a daxil olan açıqlamada bildirilib:
“AMEA Rəyasət Heyəti Aparatı Elm və təhsil şöbəsinin əməkdaşı, 1990-cı il təvəllüdlü, Quba rayonunda doğulmuş, Bakı Dövlət Universitetinin bakalavr, Bakı Slavyan Universitetinin magistr pilləsini fərlənmə diplomu ilə bitirmiş Aynur Cavanşir qızı Günəşli 2013-cü ildə Akademiyanın Fəlsəfə və Sosiologiya İnstitutunda baş laborant kimi əmək fəaliyyətinə başlamışdır. O, 2015-2016-cı illər tarixdə həmin institutun kiçik elmi işçisi vəzifəsində çalışmışdır. Aynur Günəşli 11 iyun 2016-cı il tarixdən 30 aprel 2021-ci il tarixədək 4 ildən çox AMEA Elm Tarixi İnstitutunun kadrlar şöbəsinin müdiri vəzifəsində, 2021-ci ildə isə 4 ay AMEA Rəyasət Heyəti Kadrlar şöbəsində baş mütəxəssis kimi fəaliyyət göstərmişdir.
Ramiz Mehdiyevin Milli Elmlər Akademiyasının “rəhbəri” olduğu dövrdə - 24 aprel 2021-ci ildən 25 noyabr 2022-ci ilədək AMEA Rəyasət Heyətinin Aparat rəhbərinin köməkçisi vəzifəsini daşımışdır ki, bunun da cəmisi 9 ayı (19 fevral 2022-ci ilədək) həmin mərhələyə aiddir. Tutduğu kiçik vəzifəyə görə o, hər hansı qərar qəbul etmə və ya sosial şəbəkələrdə şişirdilmiş şəkildə deyildiyi kimi “məxfi sənədlərin hazırlanmasında” iştirak etmək səlahiyyətinə malik olmamışdır.
AMEA Rəyasət Heyətinin Aparat rəhbəri strukturu 2022-ci ildə ləğv edildikdən sonra Aynur Günəşli Akademiyanın Elm və təhsil şöbəsində baş mütəxəssis kimi fəaliyyətini davam etdirmişdir. Aynur Günəşlinin adı Akademiya dairəsində heç vaxt kiminsə adamı kimi hallanmamışdır. Akademiyada o, peşəkar proqramçı, elmi hesabatların elmmetrik qaydada rəqəmsal proqnozlaşdırılması ilə məşğul olan gənc mütəxəssis və habelə Gənc Alim və Mütəxəssislər Şurasının fəallarından biri kimi tanınır. 2018-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olan Aynur Günəşli Yasamal rayonu təşkilatının AMEA Rəyasət Heyəti Aparatı üzrə ərazi təşkilatı sədrinin müavinidir.
Nəsimi adına Dilçilik İnstitutunun 2015-ci ildən dissertantı olan Aynur Günəşlinin dissertasiya işi 2 iyul 2025-ci il tarixdə Dilçilik İnstitutunda müzakirə edilərək müdafiəyə buraxılmışdır. Onun dissertasiya müdafiəsinin sürətləndirilməsi üçün heç vaxt Nəsimi adına Dilçilik İnstitutuna müraciət edilməmişdir.
Son aylarda Aynur Günəşlinin başqa bir qurumda daha yüksək maaşla işə dəvət alması ilə əlaqədar olaraq, Elm və təhsil şöbəsi onun bacarıqlı və perspektivli gənc peşəkar mütəxəssis kimi Akademiyada qalıb, öz işini davam etdirməsi arzusunu nəzərə alaraq Akademiya rəhbərliyinə müraciət etmişdir. Aynur Günəşli Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru Sərxan Xavərinin 2 fevral 2026-cı il tarixli təqdimatı əsasında həmin şöbənin müdirinin müavini vəzifəsinə təyin olunmuşdur. Təyinatdan dərhal sonra Aynur Günəşli Elm və təhsil şöbəsinin 15 nəfərdən ibarət olan əməkdaşlarına təqdim edilmişdir.
Akademiyanın Rəyasət Heyəti əməkdaşlarının gözü qarşısında baş vermiş bu reallıqlarla sosial şəbəkələrdə yayılan məlumatlar tam təzad təşkil edir və qətiyyən həqiqəti əks etdirmir. Sosial şəbəkələr bacarıqlı bir gənc mütəxəssisi yalan, uydurma məlumatlarla hədəfə alıb, ona kölgə salmağa çalışmaqla yüzlərlə başqa gənclərin də ümidlərini qırmağa xidmət edirlər”.
12:30 / 26 İyul 2026
1
12:23 / 26 İyul 2026
75
12:15 / 26 İyul 2026
23
12:00 / 26 İyul 2026
31
11:35 / 26 İyul 2026
270
11:30 / 26 İyul 2026
62
11:21 / 26 İyul 2026
116
11:13 / 26 İyul 2026
69
11:10 / 26 İyul 2026
64
11:05 / 26 İyul 2026
614
10:55 / 26 İyul 2026
71
10:47 / 26 İyul 2026
480
10:40 / 26 İyul 2026
64
09:50 / 26 İyul 2026
78
09:44 / 26 İyul 2026
663
09:43 / 26 İyul 2026
76
00:24 / 26 İyul 2026
148
23:29 / 25 İyul 2026
96
22:59 / 25 İyul 2026
150
22:45 / 25 İyul 2026
882
22:39 / 25 İyul 2026
154
22:26 / 25 İyul 2026
172
21:54 / 25 İyul 2026
154
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.