Azərbaycanda quzu əti bahalaşdı - Video
01 Oktyabr 2026, 23:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2642
24.02.2026, 17:07
Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin sabiq böyük müstəntiqi Müşfiq Abbasovun həbs olunduğu barədə məlumat vermişdik.
Oxu24.com xəbər verir ki,həbs olunan sabiq müstəntiq müğənni və iş xanımı kimi məşhur olan Ruhi Əliyevanın bacısının əridir.
Qeyd edək ki,tanınmış hüquqşünas, sabiq müstəntiq Müşfiq Abbasov ötən gün 15 sutka həbs cəzası alıb.
Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, o, İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) ittiham olunub.
Bu,M.Abbasovun ilk həbsi deyil. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 18 may tarixli hökmü ilə O,7 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Həmin məhkəmə proseslərinin birində şahid qismində Vüqar Əsədov dindirilib.
V.Əsədov söyləyib ki, Penitensiar Xidmətin sabiq əməkdaşı olub, 2016-cı ildə bir neçə şəxslə birgə dələduzluqda ittiham edilib və cinayət işinin ibtidai istintaqını hazırda təqsirləndirilən M.Abbasov aparıb:
“Müşfiqi də həmin dövrdən tanıyıram. Mənə iş üzrə 89 min manat ittiham irəli sürülmüşdü. Mən isə ittihamla razılaşmadım. Çünki məbləğ az idi, həbs edildim. Həbsdə olanda Müşfiq qohumlarıma deyib ki, 17 min manata işə xitam verdirəcək. Mən razılaşmadım, bilirdim ki, alınmayacaq. Həbsdə olanda Müşfiq bircə dəfə yanıma gəldi, onda da qeyd etdi ki, razılıq verim, pulu qohumumdan alsın. Sonra qohumum ona 17 min manat pul verdi, mən də azadlığa çıxdım. Həmin pulu da guya zərərçəkmişə verib. Müşfiq yalandan dedi ki, mən həmin cinayət işində şahidəm, işimə xitam verilib. Hər dəfə məni aldadırdı.Həmin cinayət işi məhkəməyə gəldi, mən də təqsirləndirilən şəxs qismində tanındım. Bu iş üzrə də məhkumluq həyatı yaşayıram. Həmin vaxt Müşfiq həbsdə idi. Hətta vəkili vasitəsi ilə məndən xahiş etdi ki, yalandan ərizə yazım. Bu ərizəyə görə azadlığa çıxmaq istəyirdi, rədd etdim”.
V.Əsədovun sözlərinə görə, M.Abbasov onun qohumundan pul alan zaman vəzifədə olan məmurların adından istifadə edib.
Miri Məcidli
23:12 / 01 Oktyabr 2026
1
23:00 / 01 Oktyabr 2026
54
22:53 / 01 Oktyabr 2026
43
22:52 / 01 Oktyabr 2026
43
22:50 / 01 Oktyabr 2026
54
22:42 / 01 Oktyabr 2026
45
22:31 / 01 Oktyabr 2026
56
22:24 / 01 Oktyabr 2026
96
22:18 / 01 Oktyabr 2026
148
22:07 / 01 Oktyabr 2026
66
21:42 / 01 Oktyabr 2026
59
21:41 / 01 Oktyabr 2026
76
21:31 / 01 Oktyabr 2026
66
21:29 / 01 Oktyabr 2026
64
21:26 / 01 Oktyabr 2026
129
21:25 / 01 Oktyabr 2026
55
21:19 / 01 Oktyabr 2026
65
21:15 / 01 Oktyabr 2026
60
21:08 / 01 Oktyabr 2026
60
20:59 / 01 Oktyabr 2026
65
20:50 / 01 Oktyabr 2026
68
20:45 / 01 Oktyabr 2026
90
20:35 / 01 Oktyabr 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.