Qubadlıya güclü dolu yağır - VİDEO
16 May 2026, 19:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
614
24.02.2026, 14:52
Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və dələduzluq əməllərində ittiham edilən 1995-ci il təvəllüdlü Ayaz İsgəndərova hökm oxunub.
Oxu24.com xəbər verir ki, onun kibercinayətkarlıq yolu ilə bir neçə vətəndaşa məxsus bank kartlarından külli miqdarda pul oğurladığı bildirilib.
İttihama görə, A.isgəndərov xaricdə yaşayan “Petroviç” soyadlı şəxslə cinayətkar əlaqəyə girib və Azərbaycanda onun üçün “m10” pul kisələri yaradaraq hər birini 300 manata satıb. Kuryer işləyən Ayaz aldığı tapşırıqlar əsasında sosial şəbəkələrdə “ABB-dən payız sürprizi” və digər bu kimi yalan məzmunlu elan yerləşdirib.
Həmin səhifələrdə olan elana inanan müştərilər qeyd olunan güzəştlərdən yararlanmaq məqsədilə yaradılmış saxta səhifələrdəki linklərə daxil olmaqla qeydiyyatdan keçərək anket məlumatlarını, həmçinin onlara məxsus bank kartının üzərindəki 16 rəqəmli nömrəni və “OTP” təhlükəsizlik şifrəsini müvafiq xanalara daxil edib.
O və digər şəxslər istintaqla müəyyən edilməyən xüsusi informasiya proqramları vasitəsilə müştərilərin bank kartlarından həmin məxfi məlumatları əldə edib qeyd edilən kartlardakı pul vəsaitlərini elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə ediblər.
Zərərçəkənlər arasında Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyev də olub. A.İsgəndərov və əlbir olduğu şəxslərin C.Alıyevə məxsus bank hesabından 80 min manatdan artıq pulu ələ keçirdiyi müəyyənləşib. Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə o saxlanılıb və barəsində cinayət işi açılıb.
Məhkəmə A.İsgəndərovu Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1, 177.2.4, 178.3.2-cü maddələri üzrə təqsirli bilib. O, 8 il 6 ay həbs cəzasına məhkum edilib.(qafqazinfo)
19:27 / 16 May 2026
1
19:00 / 16 May 2026
34
18:49 / 16 May 2026
55
18:35 / 16 May 2026
62
18:22 / 16 May 2026
168
18:07 / 16 May 2026
58
17:56 / 16 May 2026
167
15:34 / 16 May 2026
74
15:15 / 16 May 2026
325
15:13 / 16 May 2026
92
14:31 / 16 May 2026
77
14:25 / 16 May 2026
80
14:15 / 16 May 2026
81
13:55 / 16 May 2026
97
13:33 / 16 May 2026
89
13:29 / 16 May 2026
318
13:25 / 16 May 2026
82
13:15 / 16 May 2026
83
12:55 / 16 May 2026
95
12:54 / 16 May 2026
408
12:39 / 16 May 2026
2363
12:36 / 16 May 2026
98
12:29 / 16 May 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.