İyulun son günlərində bəxti gətirəcək 4 bürc
26 İyul 2026, 12:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
948
24.02.2026, 12:03
Bu gün Azərbaycanda ilk çərşənbə – Su çərşənbəsi qeyd olunur. Min illərdir xalqımız su çərşənbəsinin gəlişini səbirsizliklə gözləyib, sevinclə qeyd edib.
Oxu.24.com-a AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elyar İslamoğlu su çərşənbəsi ilə bağlı danışıb.
-Elyar müəllim, su çərşənbəsinin min illər boyunca qorunub saxlanmasının, yaşadılmasının, xalqımız üçün mahiyyəti nədir?
-Əvvəlcə qeyd edim ki, su, necə deyərlər, dövrəl-qədimdən həyatın, paklığın və bərəkətin rəmzi olub. Su həyat rəmzidir.Su qədim türk inanclarına görə də kainatın əsasını təşkil edən dörd ünsürdən biridir. Min illərin inancında suya xüsusi ehtiram göstərilib. Qədim türklər dinindən asılı olmayaraq istər xristianlıq dövründə, istər müsəlmanlığı qəbul etdiyi dövrlərdə suyu müqəddəs hesab edib.Yəqin siz də dəfələrlə şahid olmusunuz ki, suya and içənlər var: Xüsusən axar su: bulaq, çay , şəlalə... “Bu axar su haqqı” andı indi də el-obalarımızda işlənir. Müsəlman türklərində ən ağır qarğış da məhz su ilə bağlıdır:" Ölərkən üstündə su tapılmasın". Bu canını tapşırmaq ərəfəsində olan adamın son su arzusuna, eyni zamanda, öldükdən sonra "yuyat" yerinə qaldırılarkən, susuz qalıb təmizlənməməsinə və Allahın dərgahına, və yaxud cənnətə girə bilməməsinə hesablanmış qarğışlardır. Müsəlman üçün bundan ağır qarğış təsəvvür etmək mümkün deyil.
- Həqiqətən də qədimlərdən müqəddəsliyi qorumaq, elə suyu qorumağa bərabər hesab olunub. Axar suyu çirkləndirən, ora zibil atan həmişə qınanılıb, tənqid edilib... Bizim kəndimizdə çay kimi kəhrizlər axırdı. Bizə balaca vaxtı nənəmiz- babamız deyirdi ki, suda mələklər gəzir , ora zibil atmaq olmaz.
-Suyun möcüzəsini antik dövrdən bu günə qədər bütün bəşəriyyət bilir. Xüsusən, qədim türklər suyu o qədər müqəddəs hesab ediblər ki, hətta dərdləri olanda ona pıçıldayıblar, acıları ,xəstəlikləri olanda o suyun üzərindən keçərək xəstəliklərinin axıb getdiyinə inanıblar. Müsəlmançılıqda isə son mənzilə yola salınan əzizlərini pak su ilə yuyub kəfənlədiblər. Bəli, hələ qədimdən məhz suyu müqəddəs bilənlərin inamı zamanla mərasim və ayinlərdə yaşadılmışdır.
-Bəs, məxsusi qeyd edilən su çərşənbəsinin əhəmiyyəti nə idi?
- Xalqımız hər zaman, suya müqəddəs baxışın ənənəvi davamı olaraq “Su çərşənbəsini” digər adlarla “ilk”, “əzəl”, “gözəl” çərşənbəni – yazın müjdəçisi kimi qeyd edib. Su çərşənbəsi Kiçik çillə başa çatdıqdan sonra, Boz ayın ilk çərşənbə axşamı keçirilir. İnanca görə, həmin gün su oyanır və təbiətə can verir. İnsanlar dan yeri sökülməmiş axar su kənarına gedir, tonqal qalayır, bir-birinə su səpərək “ağırlığım-uğurluğum suya tökülsün” deyirlər. Gətirilən su evə, həyətə səpilir, xəstələrə içirdilir, körpələrin üzünə çəkilir – suyun paklaşdırıcı və şəfaverici gücünə inanılır.
-İnsanın "su müqəddəsdir" inancı o qədər güclü olur ki, insan istər -istəməz özü- özünü inancı ilə sağalda bilirdi.
-Əminəm ki, keçmiş dövrlərdə su çərşənbəsi günü su ilə bağlı ayinlərdən sonra bəzən doğrudan da, acı günlər tez unudulur, xəstə sağalır, uşaqda azar-bezar olmur. Bəli, bu hallar su çərşənbəsini unutdurmağa imkan vermir. Bütün ayinlərin başında inanc durur. Məsələn, subay qızlar arasında “lal su” ilə baxılan su falı da bu günün maraqlı adətlərindəndir. Min illiklərin inancına heç nə təsir etmir. Elə min il də indən sonra yaşayacaq. Yadımdaykən, onu da deyim: Səssiz gətirilən suya atılan əşyalar və deyilən bayatılar vasitəsilə niyyətlər yozulur.
Su kultu xalq ədəbiyyatında da geniş yer tutur. Xüsusilə Kitabi-Dədə Qorqud dastanında su həm həyat mənbəyi, həm də müqəddəs və bilici varlıq kimi təqdim edilir. Bu əziz gündə diləklər də su ilə bağlıdır: Su kimi duru olasan! Su kimi pak olasan! Sucan ömrün olsun! Su çərşənbəniz mübarək! Qoy həyatınız su kimi aydın və bərəkətli olsun!
- Maraqlı müsahibəyə görə, təşəkkür edirik! Su çərşənbəniz mübarək olsun!
Söhbətləşdi: Əntiqə Rəşid
12:55 / 26 İyul 2026
21
12:35 / 26 İyul 2026
25
12:30 / 26 İyul 2026
85
12:23 / 26 İyul 2026
383
12:15 / 26 İyul 2026
59
12:00 / 26 İyul 2026
58
11:35 / 26 İyul 2026
397
11:30 / 26 İyul 2026
74
11:21 / 26 İyul 2026
133
11:13 / 26 İyul 2026
79
11:10 / 26 İyul 2026
68
11:05 / 26 İyul 2026
728
10:55 / 26 İyul 2026
74
10:47 / 26 İyul 2026
540
10:40 / 26 İyul 2026
68
09:50 / 26 İyul 2026
79
09:44 / 26 İyul 2026
685
09:43 / 26 İyul 2026
80
00:24 / 26 İyul 2026
152
23:29 / 25 İyul 2026
97
22:59 / 25 İyul 2026
153
22:45 / 25 İyul 2026
1008
22:39 / 25 İyul 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.