Azərbaycanda quzu əti bahalaşdı - Video
01 Oktyabr 2026, 23:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3196
24.02.2026, 10:08
Azərbaycan Prezidenti “Əmək Məcəlləsində” dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklərə əsasən, minimum əmək haqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq. Bu o deməkdir ki, yeni dəyişiklik ilə minimum əmək haqqı artımında dövrülük təmin olunacaq. Bu artımların həmçinin qanunla tənzimlənməsi anlamına da gəlir.
Oxu24.com xəbər verir ki, bu barədə iqtisadçı alim, deputat Vüqar Bayramov qeyd edib.
"Minimum əmək haqqındakı mütəmadi artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edir. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları minimum əmək haqqı artırılandan bir ay müddətində yeni məbləğə uyğunlaşdırılaraq artırılır. Bura sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin vəzifə maaşları daxildir.
Bu sahələrdə çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əmək haqqları VTC əsasında dövlət büdcəsindən maliyyələşdirilir. Cədvəldə maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda ən aşağı maaş 400, ən yüksək isə 1150 manatdır. Minimum əmək haqqının dövrü olaraq artırılması paraktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əmək haqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır.
Minimum əmək haqqında gözlənilən artımlar həm dövlət, həm özəl sektorda maaş artımlarına səbəb olacaq. Belə ki, hər iki sektorda minimum əmək haqqından az maaş təklif etmək qanunvericiliklə qadağandır. Bütövlükdə, minimum əmək haqqının artırılması 700 min vətəndaşımızın maaşlarının artmasına səbəb olur", - o bildirib.
23:12 / 01 Oktyabr 2026
1
23:00 / 01 Oktyabr 2026
54
22:53 / 01 Oktyabr 2026
43
22:52 / 01 Oktyabr 2026
43
22:50 / 01 Oktyabr 2026
54
22:42 / 01 Oktyabr 2026
45
22:31 / 01 Oktyabr 2026
56
22:24 / 01 Oktyabr 2026
96
22:18 / 01 Oktyabr 2026
148
22:07 / 01 Oktyabr 2026
66
21:42 / 01 Oktyabr 2026
59
21:41 / 01 Oktyabr 2026
76
21:31 / 01 Oktyabr 2026
66
21:29 / 01 Oktyabr 2026
64
21:26 / 01 Oktyabr 2026
129
21:25 / 01 Oktyabr 2026
55
21:19 / 01 Oktyabr 2026
65
21:15 / 01 Oktyabr 2026
60
21:08 / 01 Oktyabr 2026
60
20:59 / 01 Oktyabr 2026
65
20:50 / 01 Oktyabr 2026
68
20:45 / 01 Oktyabr 2026
90
20:35 / 01 Oktyabr 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.