İmtahana hazırlaşanlara VACİB XƏBƏR! Dəyişiklik var!
10 Fevral 2026, 00:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
147
09.02.2026, 20:59
Ürək-damar xəstəliklərindən sonra dünyada ölümün ikinci əsas səbəbi xərçəngdir. Hər il milyonlarla insan bu xəstəlik səbəbindən həyatını itirir. Tibbdə irəliləyişlər olsa da, mütəxəssislər ən vacib addımın xəstəliyə yoluxmamaq olduğunu vurğulayır.
Oxu24.com xəbər verir ki, İstanbul Cərrahpaşa Tibb Fakültəsinin Daxili Xəstəliklər və Tibbi Onkologiya üzrə mütəxəssisi Prof. Dr. Nəbi Serkan Demirci bildirib ki, xərçəngin təxminən üçdə biri qarşısı alınabilən risk faktorlardan qaynaqlanır. Buna görə də əsas tədbirlər arasında:
Siqaret və tütün məhsullarından uzaq durmaq – Ağciyər xərçəngi ilə yanaşı, bir çox digər xərçəng növünün qarşısını alır.
Sağlam qidalanmaq və fiziki aktiv olmaq – Həftədə ən az 3 gün, 20-40 dəqiqə sürətli gəzinti və hərəkət xərçəng riskini azaldır.
Spirtli içkilərdən çəkinmək – Döş, qaraciyər və həzm sistemi xərçənglərinin yaranma ehtimalını artırır.
Emal olunmuş qidaları məhdudlaşdırmaq – Sucuk, salam və kolbasa kimi məhsullar həzm sistemi xərçənginə səbəb ola bilər.
Günəşdən düzgün qorunmaq – Xüsusilə yay aylarında dəri xərçəngi riskini azaltmaq üçün günəşin ən güclü saatlarında uzun müddətə məruz qalmamaq vacibdir.
Həmçinin oxuyun
Prof. Dr. Demirci müntəzəm müayinələrin həyati əhəmiyyət daşıdığını vurğulayır. Xüsusilə:
40 yaşdan yuxarı qadınlar hər 1-2 ildən bir mammoqrafiya ilə döş xərçəngi müayinəsindən keçməlidir.
Uşaqlıq boynu xərçəngi üçün ginekoloji müayinə vacibdir.
50 yaşdan sonra i riskini yoxlamaq üçün kolonoskopiya və ya nəcisdə gizli qan testləri tövsiyə olunur.
Mütəxəssis əlavə edib ki, xərçəng müalicəsində immunoterapiya ilə uğur nisbəti əhəmiyyətli dərəcədə artıb. Məsələn, 2010-cu ildə irəliləmiş ağciyər xərçəngində 5 ildən çox sağ qalma nisbəti 4% idisə, bu gün bəzi xəstələrdə 30-35%-ə çatır.
Prof. Dr. Demirci həmçinin xəbərdarlıq edib ki, bitki mənşəli məhsulların nəzarətsiz istifadəsi müalicəyə mənfi təsir göstərə bilər. Onun sözlərinə görə, təbii olması həmin məhsulların faydalı olduğunu göstərmir və bəzi hallarda immunoterapiyanın effektivliyini azalda bilər.
00:33 / 10 Fevral 2026
1
00:11 / 10 Fevral 2026
36
00:09 / 10 Fevral 2026
105
00:05 / 10 Fevral 2026
35
23:55 / 09 Fevral 2026
43
23:55 / 09 Fevral 2026
888
23:52 / 09 Fevral 2026
62
23:48 / 09 Fevral 2026
205
23:46 / 09 Fevral 2026
40
23:44 / 09 Fevral 2026
52
23:31 / 09 Fevral 2026
236
23:30 / 09 Fevral 2026
94
23:29 / 09 Fevral 2026
136
23:28 / 09 Fevral 2026
45
23:23 / 09 Fevral 2026
56
23:19 / 09 Fevral 2026
106
23:16 / 09 Fevral 2026
103
23:13 / 09 Fevral 2026
81
23:07 / 09 Fevral 2026
106
23:03 / 09 Fevral 2026
176
22:57 / 09 Fevral 2026
73
22:54 / 09 Fevral 2026
145
22:51 / 09 Fevral 2026
196
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.