Limonlu su böyrək daşından qoruyur?
20 Avqust 2026, 00:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
301
09.05.2025, 17:58
Karies yəni diş çürüməsi dünyanın ən geniş yayılmış diş problemlərindən biri olaraq qalır. Hər nə qədər stomatoloq tərəfindən uğurla müalicə edilsə də, bəzi hallarda bu problem zamanla yenidən üzə çıxır.
Bəs kariyesin təkrar-təkrar yaranmasının səbəbi nədir?
Oxu24.com xəbər verir ki, diş həkimlərinin fikrincə, kariyesin əsas yaranma səbəbləri arasında qeyri-düzgün ağız gigiyenası, şəkərli və nişastalı qidaların tez-tez qəbulu, eləcə də müntəzəm stomatoloji müayinələrin olmaması ön sıralarda yer alır. Lakin maraqlıdır ki, müalicə olunmuş dişlərdə belə kariyesin yenidən yaranması halları tez-tez müşahidə edilir.
Təkrar kariyesin əsas səbəbləri bunlardır:
Müalicənin natamam və ya keyfiyyətsiz aparılması: Bəzən dolğunun altında qalan kiçik bir sahə zamanla yenidən çürüyə bilər.
Ağız gigiyenasına yetərli diqqət göstərilməməsi: Düzgün diş fırçalanmaması və diş ipindən istifadə edilməməsi bakteriyaların çoxalmasına səbəb olur.
Qidalanma vərdişləri: Tez-tez şəkərli içki və yeməklərin qəbul edilməsi diş minasını zəiflədir.
Tüpürcək ifrazının azalması: Xüsusilə bəzi dərmanların qəbulu ağız quruluğuna səbəb olaraq dişlərin təmizlənməsini çətinləşdirir.
Diş həkimləri tövsiyə edir ki, kariyesin qarşısını almaq üçün gündə ən azı iki dəfə dişlərin fırçalanmasını, diş ipindən istifadəni, balanslı qidalanmanı və ildə azı iki dəfə diş həkimi müayinəsini tövsiyə edirlər. Bundan əlavə, flüor tərkibli diş pastaları və qoruyucu gellər də kariyesin qarşısının alınmasında effektiv hesab olunur.
Nəticə olaraq, kariyes müalicə oluna bilən, lakin təkrar risk daşıyan bir problemdir. Ona görə də yalnız həkim müdaxiləsi ilə kifayətlənmək deyil, gündəlik qaydalara ciddi şəkildə riayət etmək də vacibdir. Milli.Az
00:14 / 20 Avqust 2026
35
23:35 / 19 Avqust 2026
37
22:10 / 19 Avqust 2026
67
21:40 / 19 Avqust 2026
66
21:17 / 19 Avqust 2026
70
20:59 / 19 Avqust 2026
63
20:04 / 19 Avqust 2026
77
19:50 / 19 Avqust 2026
81
19:27 / 19 Avqust 2026
97
17:59 / 19 Avqust 2026
106
17:50 / 19 Avqust 2026
93
17:32 / 19 Avqust 2026
115
17:12 / 19 Avqust 2026
112
16:49 / 19 Avqust 2026
102
16:38 / 19 Avqust 2026
81
16:19 / 19 Avqust 2026
105
15:59 / 19 Avqust 2026
94
15:56 / 19 Avqust 2026
74
15:54 / 19 Avqust 2026
121
15:45 / 19 Avqust 2026
93
15:36 / 19 Avqust 2026
122
15:30 / 19 Avqust 2026
92
15:11 / 19 Avqust 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.