Limonlu su böyrək daşından qoruyur?
20 Avqust 2026, 00:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
269
09.05.2025, 16:14
İstanbulda Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi tərəfindən təşkil olunan 28-ci Avrasiya İqtisadi Zirvəsi başa çatıb.
Oxu24.com xəbər verir ki, ənənəvi olaraq zirvənin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına ünvanlanmış məktubu oxunub. Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tərəfindən oxunan məktubda həm vəqfin fəaliyyətindən, həm də Zirvə toplantılarının əhəmiyyətindən bəhs edilib. Məktubda, həmçinin Ümummilli Lider Heydər Əliyevin bu Zirvə toplantılarına verdiyi böyük önəm qeyd edilib.
Toplantıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da tədbir iştirakçılarına ünvanlanmış məktubu oxunub.
İki gün davam edən toplantıda iqtisadiyyat, enerji, süni intellekt, səhiyyə kimi bir çox sahələr ətrafında müzakirələr aparılıb.
Tədbir çərçivəsində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin yaradılmasının 40-cı ildönümü münasibətilə 16 nominasiya üzrə təsis edilən mükafatlar sahiblərinə təqdim olunub. Mükafatın vəqfin əbədiyyətə qovuşan üzvləri və könüllülərindən ibarət dünyanın tanınmış nüfuzlu ictimai-siyasi xadimlərinə həsr olunan nominasiyaları arasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə ithafən hazırlanan “Türk Dünyası Mükafatı” da yer alıb. Bu mükafat səfir Rəşad Məmmədov tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, Nobel mükafatı laureatı, dünyaşöhrətli alim Aziz Sancara təqdim edilib.
Mükafatlar “Süleyman Dəmirəl-Demokratiya”, “Zhelyu Zhelev-Fəlsəfə”, “Erhard Busek-İdarəçilik”, “Bernard Levis-Tarix”, “Corc Maroviç-Mədəniyyətlərarası Dialiq”, “Şahap Kocatopçu-İxracat”, “Hüsamettin Kavi-Sənaye”, “Jak Kamhi-Sevgi və Sülh”, “Ahmet Samsunlu- Ətraf Mühit”, “Yüksel Çengel-Siyasət”, “Ogan Soysal-Xarici İşlər”, “Yalçın Sönməz-Sənaye Bölgəsi”, “Orsçelik Balkan-Yaradıcı Düşüncə”, “Sami Kohen-Media” və “Hadi Türkmen-Əngəlsiz Həyat” nominasiyaları üzrə hazırlanıb.
Zirvəyə dəvət olunanlar arasında “Azərbaycanın Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyi də var. Tədbirdə birliyin təmsilçiləri tərəfindən Qərbi Azərbaycanın zamanla yer üzərindən silinmiş tarixi-memarlıq abidələri və digər mədəni irs elementlərini tərənnüm edən dekorativ tətbiqi sənət nümunələri sərgilənib.
Xatırladaq ki, bu il “Yaşana bilən bir dünya üçün dialoq” mövzusunda təşkil edilən tədbirdə 50-yə yaxın ölkədən 300-dən çox siyasətçi, diplomat, akademik, dini lider və iş adamı iştirak edib.
00:14 / 20 Avqust 2026
35
23:35 / 19 Avqust 2026
37
22:10 / 19 Avqust 2026
67
21:40 / 19 Avqust 2026
66
21:17 / 19 Avqust 2026
70
20:59 / 19 Avqust 2026
63
20:04 / 19 Avqust 2026
77
19:50 / 19 Avqust 2026
81
19:27 / 19 Avqust 2026
97
17:59 / 19 Avqust 2026
106
17:50 / 19 Avqust 2026
93
17:32 / 19 Avqust 2026
115
17:12 / 19 Avqust 2026
112
16:49 / 19 Avqust 2026
102
16:38 / 19 Avqust 2026
81
16:19 / 19 Avqust 2026
105
15:59 / 19 Avqust 2026
94
15:56 / 19 Avqust 2026
74
15:54 / 19 Avqust 2026
121
15:45 / 19 Avqust 2026
93
15:36 / 19 Avqust 2026
122
15:30 / 19 Avqust 2026
92
15:11 / 19 Avqust 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.