18 dekabrda bizi nə gözləyir?
18 Dekabr 2025, 01:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
237
09.05.2025, 14:48
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunub.
Bu barədə Oxu24.com-a DTX-dən məlumat verilib.
Bildirilib ki, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə gül dəstələri düzülüb.
Daha sonra DTX-nin akt zalında keçirilmiş tədbirdə öncə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Həmçinin oxuyun
Tədbirdə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev əvvəlcə Ulu Öndərin təhlükəsizlik orqanlarındakı 25 illik şərəfli fəaliyyəti, dahi rəhbərin bu təsisatın inkişafındakı müstəsna xidmətləri, eləcə də təhlükəsizlik təşkilatının milliləşdirilməsi istiqamətində atdığı qətiyyətli addımlar barədə ətraflı söhbət açıb, Heydər Əliyevin bu orqanlarda əsasını qoyduğu xalqa və dövlətə sədaqət amallarının Xidmətin şəxsi heyəti tərəfindən daim əsas götürüldüyünü qeyd edib.
General-polkovnik Əli Nağıyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr ölkənin tarixinə qızıl hərflərlə yazılmış, respublikada bütün sahələrin hərtərəfli inkişafı, Azərbaycanın davamlı tərəqqisi və yüksəlişi, həmçinin dövlətçilik strategiyasının formalaşması, milli ideyanın güclənməsi və müstəqilliyin möhkəmlənməsi ilə müşayiət olunub.
Ulu Öndərin siyasət xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yeni zirvələrə doğru inamla addımladığını və bütün istiqamətlərdə mühüm nailiyyətlərin qazanıldığını vurğulayan Xidmət rəisi təhlükəsizlik orqanlarının fəaliyyətinin də dövlətimizin başçısının diqqət və qayğısı ilə keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini, DTX-nin əməkdaşlarının üzərinə düşən vəzifələrin bundan sonra da layiqincə icra olunacağını deyib.
Sonra tədbir digər çıxışlarla davam edib, xidmətdə fərqlənən əməkdaşlara mükafatlar təqdim olunub.
01:50 / 18 Dekabr 2025
104
01:48 / 18 Dekabr 2025
51
00:00 / 18 Dekabr 2025
660
23:35 / 17 Dekabr 2025
71
23:29 / 17 Dekabr 2025
83
23:21 / 17 Dekabr 2025
226
23:00 / 17 Dekabr 2025
480
22:50 / 17 Dekabr 2025
299
22:36 / 17 Dekabr 2025
203
22:27 / 17 Dekabr 2025
260
21:45 / 17 Dekabr 2025
661
21:36 / 17 Dekabr 2025
178
21:30 / 17 Dekabr 2025
101
21:20 / 17 Dekabr 2025
1002
21:17 / 17 Dekabr 2025
393
20:59 / 17 Dekabr 2025
98
20:53 / 17 Dekabr 2025
98
20:49 / 17 Dekabr 2025
622
19:58 / 17 Dekabr 2025
110
19:56 / 17 Dekabr 2025
135
18:57 / 17 Dekabr 2025
636
18:52 / 17 Dekabr 2025
1379
18:39 / 17 Dekabr 2025
2701
18:36 / 17 Dekabr 2025
98
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.