Limonlu su böyrək daşından qoruyur?
20 Avqust 2026, 00:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
270
09.05.2025, 09:36
Təxminən 50 il əvvəl Veneraya göndərilən Sovet kosmik obyekti Yerə qayıdır.
Düşə biləcəyi ölkələr arasında Azərbaycanın da adı çəkilir.
1972-ci ildə Sovet İttifaqı tərəfindən buraxılan "Kosmos 482" kosmik gəmisi Veneraya enmək üçün nəzərdə tutulub, ancaq buraxılış mərhələsində nasazlıq səbəbindən obyekt Yerin orbitini tərk edə bilməyib.
Kosmik obyektin böyük hissəsi ilk 10 illikdə atmosferə girərək yoxa çıxıb.
İndi isə astronomlar həmin kosmik tullantıların müəyyən qalığının 53 il sonra Yerə düşəcəyini deyirlər.
ATV-yə danışan Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılovun sözlərinə görə obyekt yer atmosferinə 10 may tarixində daxil olacaq.
Onun sözlərinə görə, Yer kürəsinin mənfi 52 dərəcə cənub N dairəsindən tutmuş 52 dərəcə şimal N dairəsinə qədər olan zolağından istənilən əraziyə düşə bilər.
Obyektin yarada biləcəyi qəza riski hər il baş verən meteor hadisələrinə bənzəyə bilər, yəni risk elə də yüksək deyil.
---------
09.05.2025
1972-ci ildə SSRİ tərəfindən Venera planeti üçün buraxılan "Kosmos 482" adlı kosmik gəminin 53 il sonra Yerə düşməsi mümkündür. Alimlər bildirirlər ki, kapsulun quruluşu səbəbindən atmosferdə yanmadan yerə çatma ehtimalı yüksəkdir.
Kosmik gəmi buraxılış mərhələsində nasazlıq səbəbindən Yerin orbitini tərk edə bilməyib və böyük hissəsi ilk onillikdə atmosferə girərək yox olub. Lakin, diametri təxminən bir metr olan eniş kapsulu 53 ildir ki, elliptik orbitdə fırlanır və alimlər bunun yaxın günlərdə nəzarətsiz şəkildə Yerə düşəcəyini ehtimal edirlər.
Kosmos 482-nin ilk hissələri Yeni Zelandiya sahillərinə düşüb, bu isə Sovet kosmik gəmisinin Yerə qayıtmasının ilk əlamətləri olub. Hollandiya astronomu Marko Lanqbroek, mayın 10-da bu hissənin yenidən atmosferə girəcəyini proqnozlaşdırır və obyektin Yerə təxminən 242 km/saat sürətlə çırpılacağını qeyd edir. Lanqbroek, qəza riskinin hər il baş verən təsadüfi meteor hadisələrinə bənzədiyini bildirib və bu səbəbdən narahat olmağa ehtiyac olmadığını vurğulayıb.
Trişkinin sözlərinə görə, bu hissəciklər orbiti tərk edərək bir neçə gün ərzində yerə çatacaq. Kosmik gəminin hissələrindən biri və raketin "Blok L" adlı mərhələsi hələ də elliptik orbitdə qalır. Hissə 495 kiloqram ağırlığında olub, ən yüksək nöqtəsi Yerdən 9800 kilometr, ən aşağı nöqtəsi isə 2010 kilometr yüksəklikdədir.
Kosmik gəmi Veneranın sıx atmosferinə tab gətirmək üçün qurulub, buna görə də atmosferdə böyük yanma və kül əmələ gəlmədən Yerə düşməlidir. Trişkin, modulun strukturunun tamamilə toxunulmaz qalmasının ehtimalı az olduğunu bildirib, çünki müşahidələr paraşütün əvvəlcə buraxıldığını göstərir. Orbital hesablamalar isə bu hissənin quruya düşəcəyini göstərir, buna görə də Misir, Suriya, Türkiyə və Azərbaycanda yaşayış məntəqələrinin risk altında olduğu vurğulanıb.
Modul proqnozlaşdırıldığı kimi 150 mil/saat sürətlə düşərsə, yaranan partlayış enerjisi təxminən 1,1-1,2 meqajoul olacaq, bu isə bir neçə yüz qram trotilin partlayışına bərabərdir. "Kosmos 482"nin Yerə düşməsi gözlənilən tarixlər 8-14 may arasında olacaq.
00:14 / 20 Avqust 2026
35
23:35 / 19 Avqust 2026
37
22:10 / 19 Avqust 2026
67
21:40 / 19 Avqust 2026
66
21:17 / 19 Avqust 2026
70
20:59 / 19 Avqust 2026
63
20:04 / 19 Avqust 2026
77
19:50 / 19 Avqust 2026
81
19:27 / 19 Avqust 2026
97
17:59 / 19 Avqust 2026
106
17:50 / 19 Avqust 2026
93
17:32 / 19 Avqust 2026
115
17:12 / 19 Avqust 2026
112
16:49 / 19 Avqust 2026
102
16:38 / 19 Avqust 2026
81
16:19 / 19 Avqust 2026
105
15:59 / 19 Avqust 2026
94
15:56 / 19 Avqust 2026
74
15:54 / 19 Avqust 2026
121
15:45 / 19 Avqust 2026
93
15:36 / 19 Avqust 2026
122
15:30 / 19 Avqust 2026
92
15:11 / 19 Avqust 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.