Ramil Səfərovun xanımına bu VƏZİFƏ VERİLDİ
14 Dekabr 2025, 01:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
258
08.05.2025, 17:17
Son günlər ölkə ərazisində bir çox vətəndaşlar yüksək hərarət, boğaz ağrısı və digər oxşar əlamətlərlə müşayiət olunan narahatlıqlardan şikayətlənirlər. Vəziyyətin geniş vüsət alması ictimaiyyətdə müəyyən narahatlıq yaradıb. Sosial şəbəkələrdə və gündəlik müşahidələrdə bu halın mövsümi qripdən daha ağır keçdiyi, hətta yeni virusun yayıldığına dair iddialar irəli sürülür.
Həkim-infeksionist Aytən Ziyadova iddialarla bağlı Yenisabah.az-a danışıb. O, bildirib ki, havaların dəyişkən keçməsi və temperatur fərqlərinin artması fonunda müxtəlif infeksion xəstəliklərin müşahidə edilməsi artıb:
“Bu infeksiyalar həm bağırsaq sistemi, həm də üst tənəffüs yolları ilə əlaqədar ola bilər. Mövsümi keçidlər zamanı orqanizmin immun sistemi zəiflədiyindən, virus və bakteriyaların yayılması üçün əlverişli şərait yaranır.
Üst tənəffüs yolu infeksiyaları arasında daha çox rast gəlinən viruslar RSV (Respirator Sinsitial Virus) və RV (Rinovirus) kimi tanınır. Bu virusların klinik əlamətləri bir-birinə oxşardır – öskürək, burun axıntısı, boğaz ağrısı, bəzən isə nəfəs darlığı ilə müşayiət oluna bilər. Xüsusilə azyaşlı uşaqlarda və yaşlılarda bu infeksiyalar daha ağır keçə bilər. Belə hallarda "qırmızı bayraq" əlamətlərinə diqqət etmək tövsiyə olunur. Bu əlamətlərə yüksək hərarətin 38.5 dərəcədən yuxarı olması, hərarət salıcı preparatların təsirsiz qalması, dəri səpkilərinin yaranması və onların bədəndə sürətlə yayılması daxildir. Belə hallarda mütləq həkimə müraciət edilməli və laborator diaqnostika aparılmalıdır”.
Həkim bildirib ki, həm uşaqlar, həm də böyüklər arasında bu dövrdə müxtəlif bağırsaq viruslarına da rast gəlinir:
Həmçinin oxuyun
“Bu viruslar arasında parvovirus B19 xüsusilə qeyd olunmalıdır. Parvovirus infeksiyası əsasən dəri səpkisi və qızdırma ilə başlayır, bəzi hallarda isə ürəkbulanma, qusma və ishal ilə özünü göstərir. Bu virus uşaqlarda "beşinci xəstəlik" kimi tanınan səpkili xəstəliklərə səbəb ola bilər.
Eyni zamanda, influenza (qrip) virusunun da aktiv dövrüdür. Gərgin əzələ ağrısı, baş ağrısı, halsızlıq, yüksək hərarət və bəzən ishal ilə müşahidə olunan bu infeksiya da ciddi ağırlaşmalara yol aça bilər, xüsusilə də xroniki xəstəlikləri olan şəxslərdə. İnfluenza və digər mövsümi viruslara qarşı peyvəndlənmə və gigiyenik qaydalara ciddi əməl olunması vacibdir.
Havaların qeyri-sabit olduğu bu dövrdə həm uşaqların, həm də böyüklərin sağlamlığına diqqətlə yanaşmaq, immuniteti gücləndirici tədbirlər görmək və ilk əlamətlərdə tibbi yardıma müraciət etmək mühüm əhəmiyyət daşıyır”.
01:21 / 14 Dekabr 2025
539
00:52 / 14 Dekabr 2025
441
00:43 / 14 Dekabr 2025
121
00:04 / 14 Dekabr 2025
233
23:47 / 13 Dekabr 2025
956
23:44 / 13 Dekabr 2025
67
23:30 / 13 Dekabr 2025
75
22:45 / 13 Dekabr 2025
429
22:30 / 13 Dekabr 2025
122
22:28 / 13 Dekabr 2025
147
22:22 / 13 Dekabr 2025
160
22:11 / 13 Dekabr 2025
281
21:58 / 13 Dekabr 2025
434
21:34 / 13 Dekabr 2025
1181
21:21 / 13 Dekabr 2025
100
21:19 / 13 Dekabr 2025
130
21:15 / 13 Dekabr 2025
95
21:02 / 13 Dekabr 2025
85
20:49 / 13 Dekabr 2025
419
20:44 / 13 Dekabr 2025
113
20:36 / 13 Dekabr 2025
98
20:26 / 13 Dekabr 2025
92
20:01 / 13 Dekabr 2025
311
19:53 / 13 Dekabr 2025
112
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.