Qaynar xətt:

(+99450) 247 90 86

Sumqayıtda emalatxanada partlayış olub, xəsarət alan var 

Sumqayıtda emalatxanada partlayış olub, xəsarət alan var 

CƏMİYYƏT

267

08.05.2025, 10:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda emalatxanada partlayış olub.

Oxu24.com  xəbər verir ki, hadisə "İnşaatçılar" yaşayış massivində yerləşən metaləritmə emalatxanasında qeydə alınıb.

Sobanın partlaması nəticəsində partlayış baş verib. Partlayış nəticəsində 1997-ci il təvəllüdlü Ağasəlim Cəlilov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.