Limonlu su böyrək daşından qoruyur?
20 Avqust 2026, 00:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
334
07.05.2025, 21:00
Hollandiya alimlərinin apardığı yeni araşdırmaya görə səhərlər müntəzəm olaraq qəhvə içmək yaşlanma prosesini ləngidə, depressiya riskini isə 20 faiz azalda bilər. "European Journal of Nutrition" jurnalında dərc olunan araşdırmada 55 yaşdan yuxarı 1161 nəfər iştirak edib. Onların gündəlik qəhvə istehlakı ilə yaşla bağlı fiziki zəiflik əlamətləri arasındakı əlaqə qiymətləndirilib.
Oxu24.com xəbər verir ki, tədqiqatı aparan Amsterdam İctimai Sağlamlıq Araşdırmaları İnstitutunun eksperti Marqret R. Olthof bildirib ki, gündə 4-6 stəkan (təxminən 125 ml) qəhvə istehlak edən şəxslərdə yorğunluq, əzələ itkisi, yavaş hərəkət kimi zəiflik əlamətləri daha az müşahidə olunub.
Qəhvənin tərkibindəki polifenollar və hidroksisinnamik turşular kimi güclü antioksidantlar hüceyrələri qoruyur, iltihabı azaldır və insulin həssaslığını artırır. Bu xüsusiyyətlər qəhvəni xüsusilə yaşlılar üçün faydalı bir içki halına gətirir.
Dr. Olthof qeyd edir ki, "Qəhvə içmək bir çox insanın gündəlik həyatının bir hissəsidir. Tədqiqatlarımız göstərir ki, bu sadə vərdiş yaşlandıqca sağlam qalmağa müsbət təsir edə bilər."
Alimlər xəbərdarlıq edirlər ki, qəhvə faydalı olsa da, onun həddindən artıq qəbulu ürək döyüntüləri və yuxusuzluq kimi mənfi təsirlərə səbəb ola bilər. Buna görə də, balanslı istehlak tövsiyə olunur.Milli.Az
00:14 / 20 Avqust 2026
35
23:35 / 19 Avqust 2026
37
22:10 / 19 Avqust 2026
67
21:40 / 19 Avqust 2026
66
21:17 / 19 Avqust 2026
70
20:59 / 19 Avqust 2026
63
20:04 / 19 Avqust 2026
77
19:50 / 19 Avqust 2026
81
19:27 / 19 Avqust 2026
97
17:59 / 19 Avqust 2026
106
17:50 / 19 Avqust 2026
93
17:32 / 19 Avqust 2026
115
17:12 / 19 Avqust 2026
112
16:49 / 19 Avqust 2026
102
16:38 / 19 Avqust 2026
81
16:19 / 19 Avqust 2026
105
15:59 / 19 Avqust 2026
94
15:56 / 19 Avqust 2026
74
15:54 / 19 Avqust 2026
121
15:45 / 19 Avqust 2026
93
15:36 / 19 Avqust 2026
122
15:30 / 19 Avqust 2026
92
15:11 / 19 Avqust 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.