17 dekabrda bizi nələr gözləyir? - ULDUZ FALI
17 Dekabr 2025, 00:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
247
07.05.2025, 14:34
“Ötən günlərdə bank kartlarından kütləvi talamalar və bankların məsuliyyəti ilə bağlı yazıdan sonra daxil olan müraciətlər sektorda problemlərin daha ciddi olduğunu göstərir”.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial şəbəkə hesabında bildirib.
O.Gündüz qeyd edib ki, bir çoxları onların adından kredit götürüldüyünü bildirirlər, araşdırdıqda isə ağlasığmaz vəziyyət ortaya çıxır:
“Azərbaycanda son zamanlar bütün banklar onlayn kredit xidməti təklif edirlər. Bu proses sürətlə yayılıb. Müxtəlif kiberfırıldaqlarla başqasının adından onlayn kredit götürmək halları da artıb. Kredit alan şəxs adından əməliyyat aparıldığını günlər sonra öyrənir. Bank isə sadəcə “siz təsdiqləmisiniz”, - deyib məsuliyyəti üzərindən atır. Adi bir araşdırma ilə müşahidə etmək olur ki, bankların onlayn kredit prosesində ciddi risklər var. Qısa araşdırma ilə müəyyən etdim ki, yalnız bir neçə bank dövlətə məxsus SİMA biometrik imza sistemi ilə identifikasiya etməklə kredit verir. Əksəriyyət isə adi qaydada, ən yaxşı halda isə videozənglə identifikasiya edib dərhal onlayn formada kredit ayırırlar”.
Ekspertin sözlərinə görə, hətta elə nəhəng banklar var ki, xarici mütəxəssislərin iştirakı ilə özlərinin daxili biometrik sistemlərini yaradıblar və bununla vətəndaşları identifikasiya edirlər:
Həmçinin oxuyun
“Amma qanunvericilikdə nəzərdə tutulduğu qaydada lisenziyalar əldə etməyiblər. Maraqlıdır ki, Mərkəzi Bank da bu tip hallara qarşı ciddi tədbirlər görməyib. Əlbəttə, Mərkəzi Bankın mövcud qaydalarına görə banklar videozəng xidmətlərindən istifadə edib identifikasiya apara bilərlər. Amma bu tip yanaşmalar artıq öz əhəmiyyətini itirib. Qonşu ölkələrin də təcrübəsinə baxanda görünür ki, daha çox təkmil biometrik identifikasiyaya üstünlük verilir.
Azərbaycanda da qanunvericilik təkmilləşdirilməlidir. Biometrik identifikasiya onlayn kredit üçün məcburi olmalıdır – banklara başqa seçim verilməli deyil. Bu, mütləq şəkildə qanunvericilikdə, Mərkəzi Bankın qaydalarında öz əksini tapmalıdır. Həm də yalnız lisenziyası olan biometrik imzalama vasitələrinə icazə verilməlidir. Daha bir məqam isə rəqəmsal savadlılığı yetərli olmayan, əlində bir neçə bank kartı olan vətəndaşlarla bağlıdır. Əlbəttə, ümumilikdə onlayn kredit xidmətlərini tam məhdudlaşdırmaq, bankların rəqəmsal xidmətlərini çətinləşdirmək doğru olmazdı və bu rəqəmsal transformasiyanı da ləngidə bilər. Amma düşünürəm ki, bütün banklar öz mobil tətbiqlərində vətəndaşlara seçim imkanlarını genişləndirməlidir. Məsələn, vətəndaşlara ümumiyyətlə kredit məsələsinə “stop” qoymaq imkanı verilməlidir”.
“Düşünürəm ki, hazırda bu sektorda yaranmış situasiya diqtə edir ki, Mərkəzi Bank banklara qarşı yeni yanaşma sərgiləməlidir. Yəni banklar kartları talanmış, rəqəmsal savadlılığı yetərli olmayan vətəndaşlara, adına onlayn kredit götürülmüş vətəndaşlara “təhlükəsizlik sizin öhdəliyinizdədir”, “özünüz kodu təsdiqləmisiniz” deyə başdan eləməli deyillər. Əgər bankların bu sahədə məsuliyyəti artırılmayacaqsa, oğurlanan və talanan vəsaitlərə görə banklar da məsuliyyət daşımayacaqsa, bu problemin həlli çox çətin olacaq”, - deyə Osman Gündüz bildirib.
00:36 / 17 Dekabr 2025
10
00:32 / 17 Dekabr 2025
16
00:24 / 17 Dekabr 2025
26
23:40 / 16 Dekabr 2025
371
23:04 / 16 Dekabr 2025
578
22:25 / 16 Dekabr 2025
58
22:19 / 16 Dekabr 2025
323
22:05 / 16 Dekabr 2025
71
20:53 / 16 Dekabr 2025
618
20:13 / 16 Dekabr 2025
763
20:07 / 16 Dekabr 2025
319
20:05 / 16 Dekabr 2025
269
19:58 / 16 Dekabr 2025
142
19:53 / 16 Dekabr 2025
96
18:06 / 16 Dekabr 2025
2090
17:55 / 16 Dekabr 2025
103
17:51 / 16 Dekabr 2025
108
17:39 / 16 Dekabr 2025
4775
17:35 / 16 Dekabr 2025
136
17:26 / 16 Dekabr 2025
100
17:23 / 16 Dekabr 2025
112
16:39 / 16 Dekabr 2025
110
16:00 / 16 Dekabr 2025
176
15:56 / 16 Dekabr 2025
125
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.