Həyat yoldaşının adına kredit olanlar üçün VACİB XƏBƏR: Bu halda sizin də məsuliyyətiniz yaranır
09 İyul 2025, 22:46
Qaynar xətt:
(+99450) 247 90 86"Cəmiyyətimizdə çox vaxt qadınlar həmcinslərinə rəqabət, qısqanclıq, paxıllıq zəmnində böyüdülür" — Psixoloqla müsahibə
AKTUAL
7232
27.04.2025, 15:17
Qadın həmrəyliyi varmı? Niyə bəzən uğurlu qadın həmcinsi üçün təhdidə çevrilir? – Psixoloji yanaşma.
Cəmiyyətdə qadın həmrəyliyi haqqında pafoslu şüarlar səsləndirilsə də, reallıqda isə, bir çox qadın digər qadının uğuruna səssizcə nifrət edir. Uğur qazanan qadın alqışlanmaq əvəzinə, nifrət obyektinə çevrilir. Onun uğur qazanması, göz önündə olması, bəzi həmcinsinə ilham yox, təhlükə kimi görünür.
Bəs niyə belədir? Niyə bir qadının uğuru digər bir qadında rəqabət hissini, özünü dəyərsiz görmə qorxusunu oyadır?
Qadın psixologiyasının qaranlıq guşələrinə enmək üçün psixoloq Nizami Orucov ilə həmsöhbət olduq. Ortaya çıxanlar isə, yumşaq desək, düşündürücüdür...
Oxu24.com həmin müsahibəni təqdim edir:
- Başqasının uğurunu təhdid saymaq, bu hallar narsissizm və ya həssas şəxsiyyət pozuntusuna işarə ola bilərmi?
-Özünü daim mərkəzdə görmək istəyən və başqasının uğurunu təhdid kimi qəbul edən qadınlar üçün ətrafdakı hər hansı bir potensial, parıltı, onların qurduğu təhlükəsizlik zonasına bir zərbədir. Belə şəxslər çox zaman öz dəyərini başqasına üstün olmaqla ölçür.
Başqalarının uğurunu təhdid olaraq qəbul etmək hər zaman narsissizm və ya şəxsiyyət pozuntularına işarə deyil. Bunlarla yanaşı başqa ehtimallarda var:
- rəqabətçi mühitdə böyüməkdən qaynaqlı
- uşaqlıqdan gələn və formalaşan sevgi, diqqət ehtiyacı
- özünüqiymətləndirmənin aşağı olması
- özündəki bəzi problemlərlə barışa bilməmək nəticəsində qeyd olunan hallara rast gəlmək olar.
Əlavə olaraq, bu halların şəxsiyyət pozuntusu olub-olmadığını müəyyən etmək üçün mütəxəssis psixoloq tərəfindən dərinləşdirilmiş psixoloji qiymətləndirmə aparılmalıdır.
- Qadınlar arasında qısqanclıq və birinin digərinin yolunu kəsməsi hansı səbəblərlə bağlı ola bilər?
-Bunun cəmiyyət olaraq da yanaşması var, şəxsi olaraq da. Məsələn, cəmiyyətimizdə çox vaxt qadın qadına rəqabət, qısqanclıq, paxıllıq zəmnində böyüdülür. Daim müqayisə halları qadınlarda şəxsi olaraq özünüqiymətləndirmənin aşağı düşməsinə, paxıllıq, qısqanclığın şəxsiyyətə “hopmasına”, sahib olduğu dəyər və ya məqamı itirmək qorxusu yaşayaraq başqasının yolunu kəsməyə səbəb ola bilər. Digər səbəb olaraq isə, ifrat dərəcədə “mən” mərkəzli böyüdülmə şəraitindən çıxan xanımda narsissizm, şəxsiyyət pozuntusu halları görülə bilər. Ki bu problemlər də, yuxarıdakı hallara gətirib çıxarır.
- Bəzi qadınlar həmcinsinin uğurunu və üstünlüklərini niyə mənfi qavrayır?
-Qadının dəyərinin digər qadınlar üzərindəki "üstünlük"lə ölçülməsi, qadınlararası münasibətləri pozur. Müqayisə mühiti qadınlarda “ya mən, ya o” düşüncəsini gücləndirir.
Beləliklə, qadın qadına həm həmkar, həm rəqib, həm də bəzən təhdid kimi baxmağa başlayır. Və əsas səbəb olaraq, insan özündə qəbul etmədiyi, ya da istədiyi, amma sahib ola bilmədiyi keyfiyyətləri başqasında görəndə, onu qəbul etmək istəmir.
Həmçinin oxuyun
- Özgüvəni zəif qadınlar niyə daha rəqabətcil olurlar?
- Özgüvəni zəif olan qadınlar çox vaxt özlərini sübut etməyə, görünməyə və qəbul olunmağa daha çox ehtiyac hiss edirlər. Bu ehtiyac rəqabət hissini gücləndirir, çünki onlar yalnız fərqlənsələr, "dəyərli" sayılacaqlarına inanırlar. Belə insanlar ətrafdakı uğurlu və parlaq qadınları rəqib kimi görürlər — onların varlığı, sanki öz natamamlıqlarını xatırladır.
Bu bir növ özünü qoruma instinkti də sayıla bilər. Rəqib gördüyünü gözdən salmaq, onu zəiflətmək, önünə keçmək hissini formalaşdırır.
Başqasının uğuru şəxsin öz uğursuzluğunu xatırlatdığı üçün ya açıq, ya da gizli rəqabətə başlayır.
Digərinin uğuru bəzən belə insanlarda hətda təhdid olaraq da qavranıldığı üçün bu baş verə bilir.
“Kreslo qorxusu” və qadın rəhbərlərin təzyiqi
İş mühitində qadın rəhbərlərin bəzi hallarda öz həmkar xanım işçilərini "bezdirmək", onlara psixoloji təzyiq göstərmək cəhdləri də bu qorxuların bir nəticəsidir.
O, öz yerini təhlükədə hiss etdikdə, qarşısındakı insanın peşəkarlığını təqdir etmək əvəzinə, onu təhdid kimi görməyə başlayır. Bu isə itirmək qorxusundan irəli gəlir – statusu, mövqeyi, diqqəti, yeri...
Burada əsas məsələ yenə də özgüvənlə bağlıdır. Güclü, özünə inamlı rəhbər, işçisinin inkişafını öz uğurunun bir hissəsi kimi qəbul edər. Amma özünü zəif hiss edən rəhbər üçün isə inkişaf edən hər kəs, kresloya yönəlmiş bir təhlükədir.
Həm həmin qadının kreslosunu şəxsiyyətinin bir hissəsi kimi görməsindən, həm də daxili əskikliklərini həmin işçi sayəsində görməsindən irəli gəlir. Yəni başqasının uğuru özgüvənində problemi olan bir rəhbər üçün bir təhdid olaraq qavranılır.
Mövqeyindən edilmə qorxusu yaşayır deyə, ki əslində realda belə bir hal demək olar ki yoxdur və rəhbərin kompleksi burada üzə çıxır, bununla da başqasına “hücum” etməyə başlayır. Beləcə zəifliyini, boşluqlarını ört - basdır etməyə nail olur. Qısaca buna əsas səbəb rəhbərdəki itirmək qorxusudur.
Qadın həmrəyliyi şüar deyil, seçimdir!
Kaş qadın qadına rəqib yox, hər zaman dayaq ola.
Amma bunun üçün hər bir qadın ilk növbədə öz içindəki qısqanclıq, rəqabət və natamamlıq hissi ilə üzləşməlidir. Bilirəm ki, bu elə də asan iş deyil. Amma mümkündür!
Hər bir qadın bilməlidir ki, həmcinsinin parlaması onun işığını söndürmür!
Necə deyərlər: "Öz işığından əmin olan, başqasının parıltısından qorxmaz."
-Nizami bəy, ayırdığınız zaman və maraqlı sohbətiniz üçün təşəkkür edirəm.
-Buyurun, mən təşəkkür edirəm.
Müsahibəni apardı: Pərvin Şakirqızı
19:02 / 11 İyul 2025
Volkswagen Çindəki zavodunu bağlayacaq
3
19:00 / 11 İyul 2025
İsrail batalyonlarını İordan çayının qərb sahilinə köçürür
6
18:46 / 11 İyul 2025
Azərbaycan sərhədindən MÜHÜM xəbər yayıldı: Kremlin planı üzə ÇIXDI
165
18:40 / 11 İyul 2025
İran ABŞ bazasına zərbə endirib: CENTCOM rabitə mərkəzi zədələnib
18
18:21 / 11 İyul 2025
Tehran Berlinə qarşı iddialar irəli sürür
21
18:15 / 11 İyul 2025
Könülün ölümü ilə bağlı cinayət işi açıldı
63
17:56 / 11 İyul 2025
İlham Əliyev Putinin nazirini qəbul etməyib - TƏFƏRRÜAT
501
17:33 / 11 İyul 2025
Veysəl Əyyubov vəzifəsindən azad edildi
338
17:19 / 11 İyul 2025
Zəngəzur dəhlizi açılır? - Bakı ilə İrəvan arasında MÜHÜM MÜZAKİRƏ
136
16:56 / 11 İyul 2025
“Atam öz əcəli ilə ölməyib, intihar edib” - Məktub üzə çıxdı
130
16:31 / 11 İyul 2025
Qadın iynədən şoka düşüb öldü
52
16:30 / 11 İyul 2025
Baş prokuror vətəndaş qəbulu keçirib
341
16:07 / 11 İyul 2025
Azərbaycana "cəhənnəm istisi" gəlir
126
14:47 / 11 İyul 2025
Maaşlarla bağlı açıqlama
144
14:19 / 11 İyul 2025
Rusiya irəliləyir və Ukraynanın məskunlaşdığı əraziləri ələ keçirir
118
14:04 / 11 İyul 2025
Arvadbaz sənətkarı kim öldürübmüş? — 11 ildən sonra açılan cinayətin tükürpədici DETALLARI (VİDEO)
1436
13:54 / 11 İyul 2025
Bankda əmanəti olanlara ŞAD XƏBƏR: Avqustun 1-dən QƏRAR qüvvəyə minir
580
13:46 / 11 İyul 2025
Pekin Kiyevdə çinlilərin saxlanmasına reaksiya verib
87
13:42 / 11 İyul 2025
İranın Moskvadakı səfiri İsraillə münaqişədən danışıb
89
13:37 / 11 İyul 2025
Prezident ötən ilin dövlət büdcəsinin icrasını təsdiqləyib
86
13:24 / 11 İyul 2025
İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib
86
13:22 / 11 İyul 2025
İsti ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
662
13:11 / 11 İyul 2025
Prezident pul ayırdı - SƏRƏNCAM
382
12:37 / 11 İyul 2025
PKK İraqın şimalında silahları təhvil verməyə başlayıb
99
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.