Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR:Qeydiyyata düşmək üçün...
11 Avqust 2026, 10:31
Qaynar xətt:
(+99450) 247 90 86
AKTUAL
3226
16.04.2025, 16:16
Bəşəriyyətin İİV,yaxud QİÇS adlandırılan bəlası var. Əsasən qan vasitəsi ilə yoluxan bu virus ömürlük insan orqanizmində qalmaqla onunla bir ömür boyu addımlayır. Cəmiyyətin bir qismi bəlkə də bu sağalmaz virusla bağlı məlumatlı deyildir.
Oxu24.com cəmiyyətdə maarifləndirmə aparmaq,gəncləri bu dəhşətli bəladan qorumaq məqsədi ilə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova ilə görüşüb,onunla həbsöhbət olub.
Həmin müsahibədən cəmiyyət üçün aktual olan bir hissəni təqdim edirik:
İİV-li xəstə evlənə, ərə gedə bilərmi?
İİV-ə yoluxmuş şəxslər ailə həyatı qura bilər. İİV müsbət statusu olan şəxsin İİV infeksiyasını öz partnyoruna yoluxdurmasının qarşısının alınması məqsədilə, həmin şəxsə veriləcək vacib tövsiyələrdən biri vaxtında antiretrovirus preparatlarının qəbuluna başlamasıdır.
Çünki, ARV terapiya İİV-ə yoluxmuş şəxslərdə virusun qanda müəyyən olunmayan səviyyəyədək enməsini və immunitetin bərpasını təmin etməklə yanaşı, eyni zamanda epidemioloji cəhətdən virusun bir şəxsdən digərinə ötürülməsinin qarşısını alır.
Lakin, burada vacib məqamlardan biri pasiyentin ARV terapiyaya sadiqliyidir.
Xəstələrin müalicə rejiminə düzgün əməl etməməsi, ARV terapiyada uzunmüddətli və periodik fasilələrin verilməsi virusun yenidən aktivləşməsinə, rezistent ştammların yaranmasına səbəb ola bilir. Belə hallarda hətta öncələr müalicə proqramında olmuş xəstələr virusu asanlıqla öz partnyoruna yoluxdura bilər.
Daha geniş müsahibəni Oxu24.com yaxın saatlarda təqdim edəcək.
Hazırladı: Miri Məcidli
00:41 / 22 Avqust 2026
100
00:03 / 22 Avqust 2026
106
23:49 / 21 Avqust 2026
70
23:00 / 21 Avqust 2026
76
22:39 / 21 Avqust 2026
111
22:25 / 21 Avqust 2026
119
22:11 / 21 Avqust 2026
119
21:57 / 21 Avqust 2026
133
21:30 / 21 Avqust 2026
124
20:56 / 21 Avqust 2026
123
20:52 / 21 Avqust 2026
75
20:14 / 21 Avqust 2026
87
19:42 / 21 Avqust 2026
99
19:21 / 21 Avqust 2026
103
19:08 / 21 Avqust 2026
181
18:46 / 21 Avqust 2026
113
18:41 / 21 Avqust 2026
85
18:33 / 21 Avqust 2026
105
18:20 / 21 Avqust 2026
85
18:10 / 21 Avqust 2026
123
17:59 / 21 Avqust 2026
109
17:45 / 21 Avqust 2026
135
17:30 / 21 Avqust 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.