Mayonez ürəyə ziyandır?
16 Noyabr 2026, 18:16
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
260
27.08.2026, 14:10
Qan və onkoloji xəstəliklərin müalicəsində sümük iliyi transplantasiyası mühüm müalicə üsullarından biri hesab olunur. Xüsusilə leykoz və digər bədxassəli qan xəstəlikləri zamanı pasiyentlərdə transplantasiyanın hansı hallarda tətbiq edilməsi ilə bağlı suallar yaranır.
Mütəxəssislərin sözlərinə görə, sümük iliyi transplantasiyası hər qan xərçəngi xəstəsi üçün zəruri deyil. Müalicə taktikasının seçilməsi xəstəliyin növündən, gedişatından, müalicəyə reaksiyasından və residiv riskindən asılı olaraq fərdi şəkildə müəyyən edilir.
Qan xərçənglərinin əhəmiyyətli hissəsi qan yaranma sistemi ilə, o cümlədən sümük iliyi ilə əlaqəli olur və müalicə strategiyası xəstəliyin xüsusiyyətlərinə uyğun müəyyənləşdirilir.
İlkin müalicədə əsas üsullardan biri kimyaterapiyadır. Bir çox hallarda düzgün seçilmiş və tətbiq edilmiş kimyaterapiya nəticəsində xəstəlik nəzarət altına alınır və pasiyentdə tam remissiya əldə etmək mümkün olur. Bu səbəbdən bütün xəstələr üçün dərhal transplantasiya tələb olunmur.
Bəzi aqressiv qan xəstəliklərində isə standart müalicəyə cavab kifayət qədər olmaya bilər. Bəzi mürəkkəb hallarda xəstəlik kimyaterapiyaya lazımi cavab vermir və ya müalicədən sonra yenidən meydana çıxma, yəni residiv riski yüksək olur. Belə vəziyyətlərdə sümük iliyi transplantasiyası müalicə strategiyasının mühüm hissəsinə çevrilə bilər.
Transplantasiyanın tətbiqi barədə qərar yalnız xəstəliyin növü və müalicəyə cavab nəzərə alınaraq, ixtisaslaşmış həkimlər tərəfindən verilir.
Transplantasiya məsələsi hər pasiyent üçün fərdi qiymətləndirilir. Xəstənin ümumi vəziyyəti, xəstəliyin tipi, müalicəyə reaksiyası, residiv ehtimalı və digər tibbi göstəricilər nəzərə alınır. Buna görə sümük iliyi transplantasiyasını bütün qan xərçəngi xəstələri üçün məcburi müalicə kimi qiymətləndirmək düzgün deyil.
16:51 / 17 Noyabr 2026
66
16:34 / 17 Noyabr 2026
90
16:29 / 17 Noyabr 2026
79
16:21 / 17 Noyabr 2026
90
16:12 / 17 Noyabr 2026
85
15:57 / 17 Noyabr 2026
98
15:43 / 17 Noyabr 2026
102
15:12 / 17 Noyabr 2026
121
15:07 / 17 Noyabr 2026
110
14:52 / 17 Noyabr 2026
106
14:35 / 17 Noyabr 2026
124
14:15 / 17 Noyabr 2026
108
14:02 / 17 Noyabr 2026
140
13:57 / 17 Noyabr 2026
138
13:45 / 17 Noyabr 2026
158
13:24 / 17 Noyabr 2026
139
13:22 / 17 Noyabr 2026
187
12:58 / 17 Noyabr 2026
167
12:55 / 17 Noyabr 2026
167
12:43 / 17 Noyabr 2026
163
12:25 / 17 Noyabr 2026
155
12:05 / 17 Noyabr 2026
847
11:58 / 17 Noyabr 2026
137
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.