Qaynar xətt:

(+99450) 247 90 86

"İpək Yolu Sığorta"nın lisenziyası öz müraciəti əsasında məhdudlaşdırılıb

\"İpək Yolu Sığorta\"nın lisenziyası öz müraciəti əsasında məhdudlaşdırılıb

CƏMİYYƏT

26

17.11.2026, 16:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Mərkəzi Bankı (AMB) "İpək Yolu Sığorta" ASC-nin lisenziyasını məhdudlaşdırıb.

Oxu24.com bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, şirkət biznes fəaliyyəti və strateji hədəfləri nəzərə alınmaqla sığorta fəaliyyəti üzrə lisenziyasının qüvvəsinin könüllü qaydada məhdudlaşdırılması barədə tənzimləyici quruma müraciət edib.

Müraciətə əsasən, "İpək Yolu Sığorta" ASC-nin sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi "Aviadaşıyıcıların üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası", "Elektron cihaz və avadanlıq sığortası", "Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası", "Fiziki şəxslərin əmlakının sığortası", "Fərdi qəza (bədbəxt hadisələrdən) sığortası", "Hüquqi şəxslərin və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin əmlakının sığortası", "Hava limanı sahiblərinin və hava hərəkəti idarəetmə orqanlarının mülki məsuliyyətinin sığortası", "Hava nəqliyyat vasitələrinin sığortası", "Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığortası", "İş fəaliyyəti prosesinin dayanmasının sığortası", "İşəgötürənin məsuliyyətinin sığortası", "Könüllü tibbi sığorta", "Montaj sığortası", "İpoteka predmeti olan əmlakın sığortası", "Qiymətli əşyaların daşınması sığortası", "Bankların və maliyyə xidmətləri göstərən digər hüquqi şəxslərin risklərinin kompleks sığortası", "Səyahətin kompleks sığortası", "Tikinti-quraşdırma riskləri sığortası", "Ümumi məsuliyyətin və peşə məsuliyyətinin sığortası", "Yüklərin sığortası", "Auditorların peşə məsuliyyətinin icbari sığortası", "Daşınmaz əmlakın icbari sığortası", "Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası" və "Sərnişinlərin icbari fərdi qəza sığortası" növlərinə verilmiş icazələrin ləğv edilməsi yolu ilə məhdudlaşdırılıb.

"Sığorta fəaliyyəti haqqında" qanunun 105.3-cü maddəsinə əsasən, lisenziyanın qüvvəsinin məhdudlaşdırılması onun müvafiq sığorta növü üzrə yeni sığorta müqavilələri bağlamasını, habelə həmin növ üzrə qüvvədə olan sığorta müqavilələrinin müddətini uzatmasını qadağan edir. Gələcəkdə "İpək Yolu Sığorta"nın səhmdarlarının biznes fəaliyyəti və strateji hədəfləri ilə əlaqədar olaraq cəmiyyətin sığorta fəaliyyəti istiqamətində dəyişiklik zərurəti yarandığı təqdirdə, qanunvericiliyin tələblərinə uyğun olaraq AMB-yə müraciət ediləcək.

Xatırladaq ki, "İpək Yolu Sığorta" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 14,77 milyon manatdır. Şirkətin səhmlərinin 96,5 %-i "ASG Business Aviation" MMC-yə, 3,5 %-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.