Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycandan Rusiyaya saxta sənədlə avtomobil ehtiyyat hissələri keçirilməsinin qarşısı alınıb

Azərbaycandan Rusiyaya saxta sənədlə avtomobil ehtiyyat hissələri keçirilməsinin qarşısı alınıb

CƏMİYYƏT

55

17.11.2026, 15:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycandan Rusiyaya saxta sənədlərlə avtomobil ehtiyyat hissələri keçirilməsinin qarşısı alınıb.

Bu barədə  Oxu24.com-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sərhəd Nəzarətinin "Samur" dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycandan Rusiya istiqamətində hərəkət edən "Mercedes" və "Renault" markalı yük nəqliyyat vasitələrinə baxış keçirilib.

Yoxlama zamanı "Mercedes" markalı nəqliyyat vasitəsində 9 ton 200 kiloqram, "Renault" markalı nəqliyyat vasitəsində isə 14 ton 445 kiloqram avtomobil ehtiyat hissəsi aşkar edilib.

Yüklərə dair sənədlərin yoxlanılması nəticəsində təyinat ölkəsi dəyişdirilməklə saxtalaşdırılmış müşayiətedici sənədlərin təqdim olunduğu müəyyən edilib və hər iki nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.