Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan Müəllim İnkişafı Mərkəzi 1 000 müəllimin ixtisasartırmasının növbəti mərhələsinə başlayır 

Azərbaycan Müəllim İnkişafı Mərkəzi 1 000 müəllimin ixtisasartırmasının növbəti mərhələsinə başlayır 

CƏMİYYƏT

55

17.11.2026, 10:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hər il oldu olduğu kimi, bu il də Azərbaycan Müəllim İnkişafı Mərkəzi (AMİM) Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə əməkdaşlıq çərçivəsində yerli müəllimlər üçün ixtisasartırma təlimlərini həyata keçirir.

Oxu24.com  xəbər verir ki, bu gün həmin təlimlərin növbəti mərhələsi AMİM-in inzibati binasında başlayır.

Builki təlimlərin mövzusu “Sinif idarəetməsi və müəllim liderliyi”dir. Təlimlərin ümumi müddəti 24 akademik saat təşkil edir.

Cari ilin oktyabr ayında keçirilmiş ixtisasartırma təlimlərinin ilk mərhələsinə Bakı şəhəri (Yasamal, Nizami, Xəzər, Suraxanı, Binəqədi rayonları), Sumqayıt şəhəri, eləcə də Abşeron, Goranboy, Kürdəmir, Ucar, Zərdab, Şabran rayonları üzrə ümumilikdə 900 nəfər yerli müəllim cəlb olunmuşdur.

Hazırkı mərhələdə isə Bakı şəhərinin Qaradağ, Yasamal, Nizami, Xəzər, Suraxanı, Binəqədi rayonlarının dövlət məktəblərindən təxminən 100 müəllim təlimə qatılıb.

İxtisasartırma təlimlərinin bu mərhələsi Avropa Azərbaycan Məktəbinin 3 nəfər yüksək ixtisaslı mütəxəssisi tərəfindən həyata keçirilir və noyabr ayının 20-ə qədər davam edəcək.

Təlimlərin sonunda müdavimlər qiymətləndirmədən keçəcək və təlimi uğurla başa vuran iştirakçılara rəsmi sertifikatlar müvafiq qaydada təqdim olunacaq.