Türkiyə Müdafiə Nazirliyi Milli Dirçəliş Günü münasibətilə Azərbaycanı təbrik edib
17 Noyabr 2026, 11:28
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
46
17.11.2026, 13:22
Azərbaycanın etibarlı tərəfdaş və orta güc kimi artan nüfuzunun göstəricilərindən biri dünyanın aparıcı dövlətləri ilə münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsidir.
Oxu24.com xəbər verir ki, bunu deputat Rizvan Nəbiyev bu gün Milli Məclisdə 2027-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, 2028-ci ilin mayında 47 üzv dövlətin yer aldığı Avropa Siyasi Birliyinin Zirvə görüşünün Azərbaycanda keçirilməsi də ölkəmizin beynəlxalq dialoq platforması kimi rolunu gücləndirəcək. Azərbaycan yaxın iki ildə Türk dünyası, Mərkəzi Asiya, İslam dünyası, MDB və Avropa siyasi məkanında çoxtərəfli diplomatiyanın fəal iştirakçısı kimi çıxış edəcək: “Azərbaycanın etibarlı tərəfdaş və orta güc kimi artan nüfuzunun göstəricilərindən biri dünyanın aparıcı dövlətləri ilə münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsidir. Ümumilikdə 30 dövlətlə strateji tərəfdaşlığın qurulması həm də bu dövlətlərin ölkəmizlə münasibətlərə verdiyi dəyərin göstəricisidr.
Xüsusilə yalnız cari il ərzində Böyük Yeddiliyə daxil olan ABŞ, Almaniya və Böyük Britaniya ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması Prezident İlham Əliyevin həyata keçirdiyi mükəmməl xarici siyasət strategiyasının mühüm nəticələrindəndir. İtaliya da daxil olmaqla, Azərbaycanın Böyük Yeddiliyin dörd üzvü ilə strateji tərəfdaşlıq münasibətləri qurması Azərbaycanın qlobal siyasi-iqtisadi proseslərdə artan rolunun təsdiqi, Prezident İlham Əliyevin beynəlxalq miqyasda nüfuzunun göstəricisidir. Müdafiə təhlükəsizlik və müdafiə sənayesi sahələrində yeni siyasi reallıq şəraitində əməkdaşlıq mümkün olacaq. ABŞ, Böyük Britaniya və Almaniya ilə imzalanmış strateji xarakterli sənədlər həmçinin rəqəmsal inkişaf sahələrində də əməkdaşlıq üçün ümumi çərçivəni müəyyən edir. Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurasının hədəflədiyi 58 təşəbbüsün reallaşdırılmasına həm də beynəlxalq səviyyədə dəstəyin verilməsi üçün baza deməkdir.”.
13:24 / 17 Noyabr 2026
33
12:58 / 17 Noyabr 2026
49
12:55 / 17 Noyabr 2026
65
12:43 / 17 Noyabr 2026
56
12:25 / 17 Noyabr 2026
68
12:05 / 17 Noyabr 2026
467
11:58 / 17 Noyabr 2026
76
11:56 / 17 Noyabr 2026
249
11:28 / 17 Noyabr 2026
82
11:00 / 17 Noyabr 2026
104
10:54 / 17 Noyabr 2026
103
10:50 / 17 Noyabr 2026
120
10:45 / 17 Noyabr 2026
112
10:32 / 17 Noyabr 2026
120
10:30 / 17 Noyabr 2026
130
10:22 / 17 Noyabr 2026
128
10:17 / 17 Noyabr 2026
124
10:13 / 17 Noyabr 2026
121
10:00 / 17 Noyabr 2026
118
09:58 / 17 Noyabr 2026
506
09:54 / 17 Noyabr 2026
1101
09:45 / 17 Noyabr 2026
94
09:43 / 17 Noyabr 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.