Azərbaycan Müəllim İnkişafı Mərkəzi 1 000 müəllimin ixtisasartırmasının növbəti mərhələsinə başlayır
17 Noyabr 2026, 10:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
50
17.11.2026, 10:50
Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun qış mövsümündə qarlı havalara hazırlıq tədbirləri davam edir.
Oxu24.com xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, ilk növbədə şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra yaşayış və qeyri-yaşayış binalarında təmir işləri aparılıb, əlavə tədbirlər görülüb.
Görülən işlərə nəzarət məqsədi ilə BŞİH tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər yerli icra hakimiyyətlərinin nümayəndələri ilə birgə mütəmadi olaraq rayonlarda qarlı havalara hazırlıq tədbirlərinin keçirilməsini təmin edir, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayıblar.
Bu işlər çərçivəsində paytaxtın Nərimanov, Binəqədi və Nəsimi rayonlarında qışın qarlı havalarına hazırlıq tədbirlərinin müzakirəsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxslərinin, rayon rəhbərliyi, kommunal-təsərrüfat, idarə və təşkilatlarının, təhsil müəssisələrinin və digər aidiyyəti qurumların rəhbərlərinin, həmçinin özəl sektorun nümayəndələrinin iştirakı ilə operativ müşavirələr keçirilib. Müşavirələrdə hər bir sahənin rəhbərinin hesabatı dinlənilib.
Qeyd olunub ki, rayonlardakı hər bir qurum qış aylarında üzərilərinə düşən vəzifələri dəqiq bilməli, yarana biləcək problemləri operativ şəkildə aradan qaldırmağı bacarmalıdır və yerlərdə kifayət qədər duz və lazımi inventar ehtiyatı yaradılmalıdır. Bildirilib ki, hər bir təşkilat mövsümə hazırlıq tədbirlərinin həyata keçirilməsində fəal iştirak etməli və yağıntılar zamanı ərazinin qardan və buzdan təmizlənməsi üçün müvafiq tədbirlər görməlidir. Qarın təmizlənməsi işlərinə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb.
Müşavirələrdə rayonlardakı qurumlar arasında konkret vəzifə bölgüsü müəyyənləşdirilib, cavabdeh şəxslərə tapşırıqlar verilib. Eyni zamanda ictimai iaşə müəssisələrinin, özəl qurumların rəhbərlərinə, ictimaiyyət nümayəndələrinə qarlı günlərdə bir sıra xarici ölkələrdə də qəbul edilən qaydalara uyğun özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə çağırış edilib.

10:54 / 17 Noyabr 2026
1
10:45 / 17 Noyabr 2026
40
10:32 / 17 Noyabr 2026
49
10:30 / 17 Noyabr 2026
65
10:22 / 17 Noyabr 2026
56
10:17 / 17 Noyabr 2026
57
10:13 / 17 Noyabr 2026
60
10:00 / 17 Noyabr 2026
67
09:58 / 17 Noyabr 2026
193
09:54 / 17 Noyabr 2026
557
09:45 / 17 Noyabr 2026
72
09:43 / 17 Noyabr 2026
88
09:36 / 17 Noyabr 2026
78
09:33 / 17 Noyabr 2026
370
09:31 / 17 Noyabr 2026
113
09:28 / 17 Noyabr 2026
118
09:25 / 17 Noyabr 2026
91
09:11 / 17 Noyabr 2026
94
09:04 / 17 Noyabr 2026
99
08:26 / 17 Noyabr 2026
92
00:49 / 17 Noyabr 2026
194
00:34 / 17 Noyabr 2026
367
00:17 / 17 Noyabr 2026
170
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.