9,7% artıb - DSMF AÇIQLADI
17 Noyabr 2026, 10:32
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
40
17.11.2026, 10:22
Fövqəladə Hallar Nazirliyi uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.
Fövqəladə Hallar Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, FHN tərəfindən əhali arasında aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bir sıra hallarda azyaşlıların nəzarətsiz qalması nəticəsində onların həyat və sağlamlığı üçün təhlükəli vəziyyətlərin yaranması halları qeydə alınır.
Belə ki, Nazirliyin “112” qaynar telefon xəttinə azyaşlıların təhlükəli və ya köməksiz vəziyyətdə qalması ilə bağlı mütəmadi olaraq məlumatlar daxil olur. Daxil olmuş müraciətlər əsasında FHN-in müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində təkcə son 15 gün ərzində 32 uşaq xilas edilərək ailə üzvlərinə və ya yaxınlarına təhvil verilib.
Aparılan təhlillər göstərir ki, qeyd olunan bu hallar uşaqların ilk növbədə valideynləri tərəfindən nəzarətsiz buraxılması və ya əksərən hər hansı səbəbdən mənzildə tək qoyulmaları nəticəsində baş verir.
Nəzərə alınmalıdır ki, mənzillərdə elektrik və qaz cihazları, açıq eyvan və pəncərələr, aşma və ya düşmə təhlükəsi olan ağır əşyalar, kimyəvi maddələr, kəsici alətlər və digər təhlükə mənbələri azyaşlıların həyat və sağlamlığı üçün ciddi risk yaradır. Eyni zamanda, uşaqların liftdə, həyətdə, küçədə, avtomobildə və digər məkanlarda nəzarətsiz qalması arzuolunmaz nəticələrə səbəb ola bilər.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha valideynləri uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırır.
10:32 / 17 Noyabr 2026
1
10:30 / 17 Noyabr 2026
29
10:17 / 17 Noyabr 2026
42
10:13 / 17 Noyabr 2026
49
10:00 / 17 Noyabr 2026
56
09:58 / 17 Noyabr 2026
96
09:54 / 17 Noyabr 2026
434
09:45 / 17 Noyabr 2026
62
09:43 / 17 Noyabr 2026
79
09:36 / 17 Noyabr 2026
70
09:33 / 17 Noyabr 2026
349
09:31 / 17 Noyabr 2026
96
09:28 / 17 Noyabr 2026
106
09:25 / 17 Noyabr 2026
83
09:11 / 17 Noyabr 2026
90
09:04 / 17 Noyabr 2026
94
08:26 / 17 Noyabr 2026
81
00:49 / 17 Noyabr 2026
170
00:34 / 17 Noyabr 2026
361
00:17 / 17 Noyabr 2026
167
23:58 / 16 Noyabr 2026
165
23:37 / 16 Noyabr 2026
198
23:33 / 16 Noyabr 2026
175
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.