Yağlı yeməkdən sonra gəyirmə: Nəyə işarədir?
21 Avqust 2026, 15:55
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
270
23.07.2026, 15:55
Stress müasir dövrdə insanların sağlamlığına ən çox təsir göstərən amillərdən biri hesab olunur. Xüsusilə uzunmüddətli emosional gərginlik təkcə psixoloji vəziyyətə deyil, həm də orqanizmin müxtəlif sistemlərinin fəaliyyətinə mənfi təsir göstərərək bir sıra xəstəliklərin yaranmasına və ya gizli şəkildə mövcud olan problemlərin üzə çıxmasına səbəb ola bilir.
Oxu24.com-a açıqlama verən nevropatoloq Yeganə Rəşidova bildirib ki, gündəlik praktikada bir çox pasiyentlər müxtəlif sinir sistemi pozuntuları və psixosomatik şikayətlərlə müraciət edir. Onların əksəriyyəti isə sağlamlıq problemlərinin məhz güclü stressdən sonra başladığını qeyd edirlər.
Həkimin sözlərinə görə, pasiyentlər tez-tez “mənim heç bir problemim yox idi, amma güclü stress keçirdikdən sonra xəstələndim” kimi fikirlər səsləndirirlər. Onlar bildirirlər ki, əvvəllər arterial təzyiqdən əziyyət çəkməyiblər, şəkər xəstəlikləri olmayıb, yuxuları normal olub, artıq çəkiləri olmayıb və ümumilikdə sağlam həyat tərzi sürüblər. Lakin ağır psixoloji sarsıntı və ya stressdən sonra müxtəlif sağlamlıq problemləri yaranmağa başlayıb.
Nevropatoloq qeyd edib ki, cəmiyyətdə geniş yayılmış yanlış fikirlərdən biri də “məni it tutdu, ondan sonra şəkər xəstəliyim yarandı” və ya buna bənzər ifadələrdir.
Onun sözlərinə görə, belə hallarda insanlar səbəblə nəticəni qarışdırırlar.
“İtin dişləməsi və ya hər hansı güclü psixoloji sarsıntı birbaşa şəkər xəstəliyi yaratmır. Əslində həmin insanın orqanizmində əvvəldən mövcud olan, lakin heç bir klinik əlamət verməyən gizli problem stress nəticəsində üzə çıxır. Yəni stress xəstəliyi yaratmır, mövcud olan problemi aktivləşdirə və üzə çıxara bilir”, – deyə nevropatoloq bildirib.
Yeganə Rəşidovanın sözlərinə görə, stress orqanizmdə hormonal balansı dəyişdirir, sinir sistemini uzun müddət gərgin vəziyyətdə saxlayır və nəticədə müxtəlif xəstəliklərin üzə çıxmasına şərait yaradır.
Onun sözlərinə görə, uzunmüddətli stress fonunda arterial hipertenziya, şəkərli diabet, yuxu pozğunluqları, panik ataklar, təşviş halları, depressiya, xroniki baş ağrıları və digər sinir sistemi xəstəlikləri daha aydın şəkildə özünü göstərə bilər.
Nevropatoloq vurğulayıb ki, xüsusilə yuxusuzluq və emosional gərginlik zəncirvari şəkildə yeni problemlərin yaranmasına səbəb olur. İnsan kifayət qədər yatmadıqda sinir sistemi bərpa olunmur, bu isə həm beyin fəaliyyətinə, həm də ürək-damar və endokrin sisteminə mənfi təsir göstərir.
O bildirib ki, bir çox insanlar yaranan əlamətləri uzun müddət ciddi qəbul etmirlər və həkimə müraciəti gecikdirirlər. Halbuki vaxtında diaqnostika və düzgün müalicə gələcəkdə daha ağır fəsadların qarşısını almağa kömək edir.
Nevropatoloqun sözlərinə görə, əgər insan uzun müddət davam edən stress, narahatlıq, panik atak, səbəbsiz qorxu hissi, yuxusuzluq və ya digər oxşar şikayətlər yaşayırsa, bunu adi hal kimi qəbul etməməlidir.
“Belə hallarda mütləq mütəxəssisə müraciət etmək lazımdır. Şikayətlərin xarakterindən asılı olaraq pasiyent psixoloq, nevropatoloq və ya psixoterapevt tərəfindən müayinə olunmalı, diaqnoz dəqiqləşdirildikdən sonra fərdi müalicə planı hazırlanmalıdır. Problemi vaxtında nəzarət altına almaq gələcəkdə daha ciddi sağlamlıq risklərinin qarşısını alır”, – deyə nevropatoloq Yeganə Rəşidova bildirib.
Onun fikrincə, sağlam həyat tərzi, keyfiyyətli yuxu, düzgün qidalanma, fiziki aktivlik və stressin idarə olunması həm sinir sisteminin, həm də ümumi sağlamlığın qorunması üçün əsas şərtlərdən biridir. Stressə laqeyd yanaşmaq isə zamanla gizli xəstəliklərin üzə çıxmasına və ciddi sağlamlıq problemlərinin yaranmasına səbəb ola bilər.
23:49 / 21 Avqust 2026
24
23:00 / 21 Avqust 2026
34
22:39 / 21 Avqust 2026
35
22:25 / 21 Avqust 2026
55
22:11 / 21 Avqust 2026
62
21:57 / 21 Avqust 2026
73
21:30 / 21 Avqust 2026
66
20:56 / 21 Avqust 2026
73
20:52 / 21 Avqust 2026
66
20:14 / 21 Avqust 2026
78
19:42 / 21 Avqust 2026
91
19:21 / 21 Avqust 2026
94
19:08 / 21 Avqust 2026
168
18:46 / 21 Avqust 2026
99
18:41 / 21 Avqust 2026
77
18:33 / 21 Avqust 2026
94
18:20 / 21 Avqust 2026
75
18:10 / 21 Avqust 2026
111
17:59 / 21 Avqust 2026
96
17:45 / 21 Avqust 2026
122
17:30 / 21 Avqust 2026
101
17:10 / 21 Avqust 2026
133
17:00 / 21 Avqust 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.