Göz təzyiqinin normal olması sizi aldatmasın! – HƏKİM DANIŞDI
09 Noyabr 2026, 17:57
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
317
16.07.2026, 13:53
Müasir dövrdə qeyri-sağlam qidalanma, oturaq həyat tərzi və zərərli vərdişlər qaraciyər piylənməsindən əziyyət çəkənlərin sayını sürətlə artırır. İlkin mərhələdə heç bir ciddi ağrı və ya diskomfort yaratmadığı üçün xalq arasında "səssiz xəstəlik" adlandırılan qaraciyər yağlanması, əslində orqanizmdə geri dönüşü olmayan ağır fəsadların təməlini qoyur. Çox vaxt sadə bir piy qatı kimi görünən bu problem ürək-damar sistemindən tutmuş onkoloji xəstəliklərə qədər bir çox ölümcül təhlükənin əsas səbəbkarına çevrilə bilir.
Oxu24.com saytına açıqlama verən tanınmış qastroenteroloq-hepatoloq Dr. Mətanət Cəfərova bu mövzuda xəstələrə çox ciddi xəbərdarlıqlar edib.
Həkim bildirib ki, dünya üzrə aparılan statistikaya əsasən, qaraciyər yağlanması olan şəxslərdə ürək-damar xəstəliklərindən ölüm riski olduqca yüksəkdir:
"Bu xəstələrdə birinci növbədə miokard infarktı, insult və ürək çatışmazlığı kimi patologiyalara rast gəlinir. Digər tərəfdən, qaraciyər piylənməsi olan insanlarda xərçəngin yaranma riski də digərlərinə nisbətən hədsiz dərəcədə çoxdur”.
Hepatoloq qeyd edib ki, qaraciyər yağlanması gələcəkdə qaraciyər sirrozuna zəmin yaradır və bədəndə digər maddələr mübadiləsi pozğunluqlarının inkişafı üçün mənfi bir fon formalaşdırır.
Dr. Mətanət Cəfərova xəstələri bu problemi gələcək ağır xəstəliklərin ilkin başlanğıc siqnalı kimi qəbul etməyə və vaxtında tədbir görməyə çağırıb:
"Əgər qaraciyərdə piylənmə varsa, mütləq mütəxəssisə müraciət olunmalıdır. Əsla özbaşına dərman içmək olmaz. Təkcə ultrasəs müayinəsinin (USM) nəticəsinə əsasən həkim məsləhəti olmadan dərman qəbul etmək isə qətiyyən yolverilməzdir”.
Çimnaz Ağayeva
20:12 / 09 Noyabr 2026
4
20:11 / 09 Noyabr 2026
1
20:10 / 09 Noyabr 2026
25
20:06 / 09 Noyabr 2026
26
19:53 / 09 Noyabr 2026
54
19:52 / 09 Noyabr 2026
87
19:44 / 09 Noyabr 2026
85
19:44 / 09 Noyabr 2026
77
19:27 / 09 Noyabr 2026
74
19:25 / 09 Noyabr 2026
135
19:19 / 09 Noyabr 2026
103
19:15 / 09 Noyabr 2026
137
19:12 / 09 Noyabr 2026
248
19:11 / 09 Noyabr 2026
141
19:01 / 09 Noyabr 2026
82
18:57 / 09 Noyabr 2026
202
18:46 / 09 Noyabr 2026
101
18:41 / 09 Noyabr 2026
176
18:38 / 09 Noyabr 2026
177
18:31 / 09 Noyabr 2026
145
18:25 / 09 Noyabr 2026
1319
18:23 / 09 Noyabr 2026
123
18:14 / 09 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.