Uşaq pilləkən çıxmaqda çətinlik çəkirsə, DİQQƏTLİ olun
17 İyun 2026, 16:51
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
185
17.06.2026, 16:23
Baş ağrısı ilə arterial təzyiq arasında əlaqə cəmiyyətdə ən çox yanlış anlaşılan mövzulardan biridir. İnsanların böyük əksəriyyəti baş ağrısı hiss edən kimi bunun səbəbini yüksək təzyiqdə görür. Halbuki mütəxəssislər bildirirlər ki, hipertoniya xəstəliyinin əsas əlamətləri sırasında baş ağrısı ön sırada yer almır və hər baş ağrısını təzyiqlə əlaqələndirmək düzgün deyil.
Nevroloq Röyanə Quluzadə Oxu24.com saytına açıqlamasında bildirib ki, yüksək arterial təzyiq çox zaman heç bir əlamət vermədən illərlə davam edə bilər. Onun sözlərinə görə, bir çox insanlar yalnız baş ağrısı olduqda təzyiqlərinin yüksəldiyini düşünürlər, lakin bu fikir tibbi baxımdan tam doğru deyil.
Mütəxəssis qeyd edib ki, bəzi insanlarda baş ağrısının yaranmasına müxtəlif faktorlar təsir göstərə bilər və təzyiqin yüksəlməsi həmin faktorlar arasında sadəcə tətikləyici səbəblərdən biri ola bilər. Elə insanlar var ki, əsəbiləşəndə, yorulduqda, yuxusuz qaldıqda, hava dəyişəndə və ya boyun nahiyəsində problemlər olduqda da baş ağrısı yaşayırlar. Bu səbəbdən yalnız baş ağrısına əsaslanaraq yüksək təzyiq diaqnozu qoymaq mümkün deyil.
Röyanə Quluzadənin sözlərinə görə, hipertoniya xəstəliyi bəzən tamamilə simptomsuz keçir. İnsan özünü normal hiss etsə də, arterial təzyiqi təhlükəli səviyyələrə qədər yüksələ bilər. Bu isə ürək-damar sistemi, böyrəklər və xüsusilə beyin üçün ciddi risklər yaradır.Tibbi praktikada elə hallarla rastlaşırlar ki, pasiyent özünü tam sağlam hiss etdiyini desə də, müayinə zamanı arterial təzyiqinin 180 mm civə sütununa və ya daha yüksək göstəricilərə çatdığı aşkarlanır. Belə hallarda insan heç bir ağrı hiss etmədən belə, beyində qan dövranının pozulması, insult riski və digər ağır fəsadlarla üzləşə bilər.Yüksək təzyiqin yaratdığı təhlükə məhz onun gizli şəkildə irəliləməsindədir. Bir çox xəstələr yalnız baş ağrısı olmayanda özlərini təhlükəsiz hesab edir və təzyiqlərini ölçdürmürlər. Halbuki arterial hipertoniya uzun müddət ərzində damarları zədələyərək ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Röyanə Quluzadə vurğulayıb ki, bəzi pasiyentlərdə yüksək təzyiq zamanı danışıq pozğunluğu, sözləri seçməkdə çətinlik, diqqətin zəifləməsi, əl və ayaqlarda zəiflik kimi nevroloji əlamətlər müşahidə edilə bilər. Bu hallar artıq təcili tibbi yardım tələb edən vəziyyətlər hesab olunur və gecikmə ciddi nəticələrə gətirib çıxara bilər.
Nevroloq insanlara yalnız baş ağrısına güvənməməyi tövsiyə edib. Onun sözlərinə görə, “başım ağrımırsa, deməli təzyiqim normaldır” düşüncəsi olduqca təhlükəlidir. Arterial təzyiqin səviyyəsini öyrənməyin yeganə etibarlı yolu onu mütəmadi olaraq ölçməkdir.40 yaşdan yuxarı şəxslərə, artıq çəkisi olanlara, şəkərli diabet və ürək-damar xəstəlikləri riski daşıyan insanlara təzyiqlərini mütəmadi nəzarətdə saxlamağı tövsiyə edib. Onun fikrincə, erkən diaqnostika və düzgün müalicə yüksək təzyiqin yaratdığı ağır fəsadların qarşısını almaqda ən vacib amillərdən biridir.
Röyanə Quluzadə sonda bir daha qeyd edib ki, baş ağrısı ilə yüksək təzyiqi eyniləşdirmək düzgün yanaşma deyil. Təzyiq bəzən heç bir əlamət vermədən yüksələ, insan isə özünü tam sağlam hiss edə bilər. Buna görə də hər kəs mütəmadi tibbi müayinələrdən keçməli və arterial təzyiqinə nəzarət etməlidir.
Jalə
18:53 / 17 İyun 2026
1
18:47 / 17 İyun 2026
17
18:29 / 17 İyun 2026
69
18:16 / 17 İyun 2026
79
18:10 / 17 İyun 2026
147
18:07 / 17 İyun 2026
123
17:57 / 17 İyun 2026
144
17:56 / 17 İyun 2026
51
17:48 / 17 İyun 2026
50
17:40 / 17 İyun 2026
53
17:33 / 17 İyun 2026
54
17:30 / 17 İyun 2026
74
17:28 / 17 İyun 2026
75
17:23 / 17 İyun 2026
76
17:22 / 17 İyun 2026
70
17:17 / 17 İyun 2026
80
17:16 / 17 İyun 2026
76
17:13 / 17 İyun 2026
132
17:13 / 17 İyun 2026
89
17:10 / 17 İyun 2026
84
17:05 / 17 İyun 2026
87
16:59 / 17 İyun 2026
86
16:51 / 17 İyun 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.