Kəskin havaya görə qərar VERİLDİ
10 Noyabr 2026, 14:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
432
10.11.2026, 14:58
Əməkdar mədəniyyət işçisi, Prezident mükatçısı, sevilən aktyor Aslan Fətullayev vəfat edib.
Oxu24.com-un əldə etdiyi məlumata görə,aktyor bu gün dünyasını dəyişib.
Məlumat üçün bildirək ki, Aslan Fətullayev 20 oktyabr 1956-cı ildə Lerik rayonunun Çayrud kəndində anadan olub. Sənətə sevgisi hələ uşaqlıq illərindən başlayıb. Cəmi yeddi yaşında kənd mədəniyyət evində səhnələşdirilən Yusif Əzimzadənin “Nəsrəddin” komediyasında İnkir obrazı ilə ilk dəfə səhnəyə çıxıb. Bu çıxış sonradan bütün ömrünü həsr edəcəyi sənət yolunun başlanğıcı olub.
1974–1976-cı illərdə Bakı Kitabxanaçılıq Texnikumunda, 1977–1982-ci illərdə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Peşəkar fəaliyyətinə paralel olaraq mədəniyyət sahəsində də fəal çalışıb, Sumqayıt şəhərinin mədəniyyət müəssisələrində, o cümlədən “Dostluq” mədəniyyət evində rəhbər vəzifələrdə fəaliyyət göstərib. Onun təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən mədəni layihələr, xüsusilə Qarabağ müharibəsinin ilk illərində cəbhə bölgələrinə təşkil olunan konsert proqramları mədəniyyətin mənəvi dəstək missiyasına çevrilib.
Aslan Fətullayev teatrla yanaşı, televiziya və kino sahəsində də özünəməxsus yaradıcılıq izi qoyub. “Canlı şahid” televiziya tamaşasında canlandırdığı Şani obrazı ilə hələ gənc yaşlarında Azərbaycan Televiziyasının qızıl fonduna düşüb. “Səhər görüşləri”, “Gecə kanalı”, “Komediyalar aləminə səyahət”, “45 dəqiqə” kimi televiziya proqramlarında yaratdığı obrazlarla tamaşaçıların rəğbətini qazanıb.
“Qorxma, mən səninləyəm”, “Qətl günü”, “Mikrorayonda cin”, “Papaq”, “Oğlan və maral” kimi filmlərdəki rolları, eləcə də dublyaj fəaliyyəti onun çoxşaxəli yaradıcılığının mühüm səhifələrindəndir.
2008-ci ildən 31 oktyabr 2026-cı ilədək Azərbaycan Dövlət Kukla Teatrında çalışan aktyor burada da öz sənət təcrübəsi, fərdi ifa üslubu və səhnə enerjisi ilə seçilib. Uşaqlarla işləməyi, onların saf dünyası ilə ünsiyyətdə olmağı sənətinin ən sevimli tərəflərindən hesab edən Aslan müəllim ömrünün son illərinədək səhnədən ayrılmayıb.
O, 2016-cı ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülən sənətkar 2026-cı ildə Azərbaycan Respublikası Prezidentinin mükafatı ilə də təltif olunub.
Turan Etibaroğlu
14:55 / 10 Noyabr 2026
87
14:48 / 10 Noyabr 2026
95
14:23 / 10 Noyabr 2026
181
14:20 / 10 Noyabr 2026
507
14:09 / 10 Noyabr 2026
144
14:00 / 10 Noyabr 2026
666
13:44 / 10 Noyabr 2026
100
13:38 / 10 Noyabr 2026
329
13:26 / 10 Noyabr 2026
1329
13:24 / 10 Noyabr 2026
122
13:20 / 10 Noyabr 2026
305
13:05 / 10 Noyabr 2026
156
13:00 / 10 Noyabr 2026
124
12:37 / 10 Noyabr 2026
477
12:31 / 10 Noyabr 2026
122
12:21 / 10 Noyabr 2026
529
12:18 / 10 Noyabr 2026
148
12:04 / 10 Noyabr 2026
153
12:00 / 10 Noyabr 2026
331
11:45 / 10 Noyabr 2026
2668
11:42 / 10 Noyabr 2026
115
11:39 / 10 Noyabr 2026
136
11:28 / 10 Noyabr 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.