Azərbaycan XİN Polşanın Krakov şəhərində baş verən atışma ilə bağlı başsağlığı verib
10 Noyabr 2026, 12:31
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
57
10.11.2026, 12:21
COP29-dan COP31-ə: Azərbaycanın iqlim diplomatiyasında yeni hədəfləri – Deputatdan ŞƏRH
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 İqlim Sammitində iştirak etməsi ölkəmizin beynəlxalq arenada qlobal ekoloji proseslərə verdiyi töhfənin davamı olaraq qiymətləndirilir. Qeyri-rəsmi məlumata görə, dövlət başçısı noyabrın 11-də Antalyada baş tutacaq COP31 Liderlər Sammitinə qatılacaq.
Xatırladaq ki, Azərbaycan bundan əvvəl Bakıda COP29-a uğurla ev sahibliyi etmiş və qlobal iqlim dəyişiklikləri ilə mübarizədə mühüm diplomatik uğurlara imza atmışdır. Bu mötəbər tədbirdən sonra ölkəmizin iqlim diplomatiyasında qazandığı mövqeyi qardaş Türkiyədə keçiriləcək COP31 çərçivəsində daha da möhkəmlətməsi gözlənilir. Qlobal miqyasda yaşıl enerji keçidi və ekoloji təhlükəsizlik məsələlərinin gündəmdə olduğu bir dövrdə Azərbaycanın bu platformada fəal təmsil olunması strateji əhəmiyyət daşıyır.
Məsələ ilə əlaqədar olaraq Milli Məclisin deputatı Fazil Mustafa Oxu24.com-a açıqlama verərək Azərbaycanın bu prosesdəki rolu və gələcək addımları barədə fikirlərini bölüşüb.
Deputat Fazil Mustafa: "Prezidentin bu tədbirdə iştirakı onun mahiyyətini daha da artıracaq"
Deputat Fazil Mustafa bildirib ki, dövlət başçısının Antalyada keçiriləcək COP31 Sammitində iştirakı son dərəcə müsbət və əhəmiyyətli bir addımdır:
"Bu, çox müsbət bir haldır və hesab edirəm ki, Prezidentin bu tədbirdə, növbəti tədbirdə iştirakı tədbirin həm də elə müəyyən mahiyyətini də xeyli dəyərləndirəcəkdir və Azərbaycan kimi nüfuzlu ölkə bu prosesdə öz sözünü deməlidir”.
Deputat qeyd edib ki, bu cür qlobal tədbirlər Türkiyə ilə qardaşlıq və strateji müttəfiqlik münasibətlərimizin inkişafı baxımından da yeni və daha yüksək mərhələnin başlanğıcı olacaq:
"Əlbəttə ki, Türkiyə ilə münasibətlər baxımından da daha yaxşı bir inkişaf istiqaməti ortaya qoyulacaqdır”.
Fazil Mustafa Azərbaycanın Bakıda təşkil etdiyi COP29-un ölkəmizin beynəlxalq imici və tanıdılması istiqamətində tarixi bir uğur olduğunu vurğulayıb:
"İstər COP29, istərsə də digər qlobal platformalar ölkəmizin tanıdılması və ən həssas mövzulardakı mövqeyimizin çatdırılması baxımından mühüm rol oynayır”.
Deputat hesab edir ki, əldə olunan bu uğurlu təcrübənin indi də Türkiyə müstəvisində davam etdirilməsi həm ümumi işimizə, həm də ölkəmizin beynəlxalq nüfuzunun artmasına xidmət edir. İndi də bu platformada Türkiyə müstəvisində bunu davam etdirmək ümumi işimizin xeyrinədir və ölkəmizin gələcəyə baxımından da, onun nüfuzu baxımından da çox vacib bir hadisədir.
Qeyd edək ki, Azərbaycanın qlobal iqlim diplomatiyasında nümayiş etdirdiyi fəal mövqe və liderlik təkcə ölkəmizin beynəlxalq müstəvidə nüfuzunu artırmır, aynı zamanda regional strateji tərəfdaşlıqları yeni mərhələyə daşıyır. Bakıda keçirilən COP29-un davamı olaraq Prezident İlham Əliyevin COP31 Liderlər Sammitində iştirakı Azərbaycan-Türkiyə qardaşlığının ekoloji və siyasi müstəvidəki birliyini növbəti dəfə nümayiş etdirəcək. Bu addım həm ölkəmizin yaşıl gələcəyə verdiyi dəyərin, həm də qlobal problemlərin həllində aparıcı söz sahibinə çevrilməsinin bariz göstəricisidir.
Çimnaz Telmanqızı
12:31 / 10 Noyabr 2026
7
12:18 / 10 Noyabr 2026
47
12:04 / 10 Noyabr 2026
82
12:00 / 10 Noyabr 2026
192
11:45 / 10 Noyabr 2026
1092
11:42 / 10 Noyabr 2026
82
11:39 / 10 Noyabr 2026
87
11:28 / 10 Noyabr 2026
100
11:16 / 10 Noyabr 2026
156
11:04 / 10 Noyabr 2026
99
10:45 / 10 Noyabr 2026
110
10:39 / 10 Noyabr 2026
791
10:32 / 10 Noyabr 2026
102
10:28 / 10 Noyabr 2026
156
10:21 / 10 Noyabr 2026
200
10:17 / 10 Noyabr 2026
124
10:15 / 10 Noyabr 2026
157
10:10 / 10 Noyabr 2026
143
09:50 / 10 Noyabr 2026
1070
09:46 / 10 Noyabr 2026
124
09:35 / 10 Noyabr 2026
146
09:26 / 10 Noyabr 2026
208
09:19 / 10 Noyabr 2026
140
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.