Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan XİN Polşanın Krakov şəhərində baş verən atışma ilə bağlı başsağlığı verib 

Azərbaycan XİN Polşanın Krakov şəhərində baş verən atışma ilə bağlı başsağlığı verib 

SİYASƏT

38

10.11.2026, 12:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Polşanın Krakov şəhərində baş verən, insan tələfatı və çoxsaylı xəsarətlərlə nəticələnən atışma hadisəsi ilə bağlı başsağlığı verib.

Oxu24.com  xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.

“Polşanın Krakov şəhərində insan tələfatı və çoxsaylı xəsarətlərlə nəticələnən atışma hadisəsindən dərindən kədərləndik.

Həlak olanların ailələrinə və yaxınlarına səmimi başsağlığımızı çatdırır, xəsarət alanlara tezliklə şəfa diləyirik.

Bu çətin zamanda düşüncələrimiz Polşa xalqı ilədir”, – paylaşımda bildirilib.