Qaynar xətt:

(+99450) 247 90 86

COP21 – COP30 prezidentləri COP31-ə dəstək olaraq birgə bəyanat qəbul ediblər 

COP21 – COP30 prezidentləri COP31-ə dəstək olaraq birgə bəyanat qəbul ediblər 

CƏMİYYƏT

53

10.11.2026, 15:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

BMT-nin COP21 – COP30 iqlim konfranslarının prezidentləri Türkiyənin Antalya şəhərində keçirilən COP31-ə dəstək olaraq birgə bəyanat qəbul ediblər.

Oxu24.com xəbər verir ki, bu barədə COP31-in prezidenti Murat Kurum "Keçmiş COP prezidentlərinin birgə bəyanatı" adlı tədbirdə bildirib.

O, sələfləri tərəfindən hazırlanmış sənədi alqışlayıb: "Birgə qərarlarımızın real dəyəri onların icrası ilə müəyyən edilir. Məhz buna görə də biz COP31-i praktik fəaliyyət konfransına çevirmək istəyirik".

M.Kurum xatırladıb ki, Paris Sazişinin qəbul edilməsi iqlim dəyişikliyinə qarşı beynəlxalq mübarizənin ümumi əsasını formalaşdırıb, Mərakeş konfransının qərarları isə onun icrasına hazırlığı gücləndirib.

COP31 prezidentinin sözlərinə görə, Paris Sazişinin qüvvədə olmasının ikinci onilliyində emissiyaların azaldılması, uyğunlaşma və maliyyələşdirmə üzrə praktiki işlərin sürətləndirilməsi prioritet olmalıdır. O qeyd edib ki, 2025-ci il üçün milli səviyyədə müəyyən edilmiş töhfələr haqqında ümumiləşdirici məruzə əldə olunmuş tərəqqi ilə yanaşı, öhdəliklərin daha fəal şəkildə yerinə yetirilməsinin zəruriliyini nümayiş etdirib.

Bununla əlaqədar M.Kurum 2035-ci ilə qədər olan dövr üçün hələ də milli iqlim öhdəliklərini təqdim etməyən bütün tərəfləri bunu ən qısa müddətdə etməyə çağırıb.

O vurğulayıb ki, Türkiyənin sədrliyi öz işini dialoq, razılıq və fəaliyyət üzərində qurur. Bu yanaşma həm də Avstraliya ilə əməkdaşlığın əsasında dayanır: danışıqlar və qərarların praktiki icrası bir-birini qarşılıqlı şəkildə tamamlamalıdır.

COP31-in fəaliyyət gündəliyinə on istiqamət daxildir. Onların arasında - sıfır tullantı konsepsiyası, metan emissiyalarının azaldılması, enerji təhlükəsizliyi, "yaşıl sənayeləş"mə, nəqliyyat və digər sektorların elektrikləşdirilməsinin genişləndirilməsi, ərzaq təhlükəsizliyi, həmçinin okeanlar və dənizlər məsələləri var.

M.Kurum həmçinin bildirib ki, 2035-ci ilə qədər qlobal son enerji istehlakında elektrik enerjisinin payının 35 %-ə qədər artırılmasını nəzərdə tutan "2035-ə qədər 35" qlobal elektrikləşdirmə təşəbbüsü qazıntı yanacağı ilə bağlı emissiyaların azaldılmasında konkret tərəqqiyə nail olmağa imkan verəcək.

Bununla yanaşı, M.Kurum vurğulayıb ki, bu vəzifələrin icrası maliyyələşdirmə tələb edir və ölkələri vəd edilmiş vəsaitləri ehtiyacı olan dövlətlərə ən qısa zamanda təqdim etməyə çağırıb.