Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistana qadağa qoyula bilər

Ermənistana qadağa qoyula bilər

DÜNYA

47

10.11.2026, 16:41

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Noyabrın 11-də Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan və təşkilatda vəzifələrə namizədlər irəli sürmək hüququndan məhrum edilməsi məsələsinə baxılacaq.

Oxu24.com  xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, bu məsələ İrəvanın artıq iki ildən çoxdur KTMT-yə üzvlük haqlarını ödəməməsi ilə əlaqədar qaldırılıb.

“Lakin vurğulayıram ki, bundan sonra da Ermənistanın KTMT-də bütün əsas hüquqları, o cümlədən təhlükəsizliyinin təmin olunması hüququ saxlanılacaq”, – deyə Rusiya XİN rəhbəri qeyd edib.

Moskvada KTMT-yə üzv dövlətlərin xarici işlər nazirləri şurasının, müdafiə nazirləri şurasının və təhlükəsizlik şuraları katibləri komitəsinin birgə iclası keçirilir. Ermənistan nümayəndələri iclasda iştirak etmir.