Burun çəpəri əyriliyi hər zaman əməliyyat tələb edirmi? — Həkim AÇIQLAMASI
06 İyul 2026, 22:26
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
473
15.06.2026, 16:20
Görmə siniri insanın görmə funksiyasını təmin edən ən vacib strukturlardan biridir. Göz vasitəsilə qəbul edilən görüntülər məhz görmə siniri vasitəsilə beyinə ötürülür. Bu səbəbdən görmə sinirində baş verən hər hansı zədələnmə ciddi fəsadlara, hətta geri dönməz görmə itkisinə gətirib çıxara bilər.
Bu barədə Oxu24.com-a açıqlamasında oftalmoloq Benjamin Kərimov danışıb.
Həkimin sözlərinə görə, görmə sinirinin zədələnməsinə səbəb olan əsas amillərdən biri göz daxili təzyiqin yüksəlməsidir. O bildirib ki, xüsusilə qlaukoma xəstəliyi zamanı göz daxilində yaranan yüksək təzyiq görmə sinirinə ciddi zərər verir.
“Görmə sinirinin zədələnməsinin ən çox rast gəlinən səbəblərindən biri göz daxili təzyiqin normadan yüksək olmasıdır. Əgər göz daxili təzyiq uzun müddət yüksək qalırsa, görmə siniri sıxılmağa başlayır. Bu zaman sinirin qidalanması pozulur, qan dövranı zəifləyir və sinir lifləri tədricən məhv olur. Tibbdə bu proses apoptoz adlanır. Yəni hüceyrələrin proqramlaşdırılmış şəkildə məhvi baş verir. Nəticədə insanın görmə sahəsi daralır və müalicə olunmadıqda tam görmə itkisi yarana bilər”, – deyə Benjamin Kərimov bildirib.
Oftalmoloqun sözlərinə görə, görmə sinirinə zərər vuran digər mühüm səbəblərdən biri damar mənşəli problemlərdir. Görmə sinirini qidalandıran damarların tutulması və ya qan dövranının pozulması sinirin fəaliyyətinə ciddi təsir göstərir.
“Bəzi hallarda görmə sinirinə qan gətirən damarlar müxtəlif səbəblərdən tutulur. Bu zaman sinir kifayət qədər oksigen və qida maddəsi ala bilmir. Nəticədə sinir toxumasında zədələnmə baş verir və görmə qabiliyyəti zəifləyir. Xüsusilə şəkərli diabet, yüksək arterial təzyiq və damar xəstəlikləri olan insanlarda bu risk daha yüksəkdir”, – deyə həkim qeyd edib.
Benjamin Kərimov vurğulayıb ki, bəzi toksik maddələr də görmə sinirinin zədələnməsinə səbəb ola bilər. Bu baxımdan texniki spirt kimi tanınan metanol xüsusi təhlükə daşıyır.
“Metanol zəhərlənməsi görmə siniri üçün son dərəcə təhlükəlidir. Texniki spirt qəbul edən şəxslərdə qısa müddət ərzində görmənin zəifləməsi, bulanıqlaşması və hətta tam korluq inkişaf edə bilər. Eyni zamanda bəzi dərman preparatlarının, xüsusilə etambutol kimi preparatların nəzarətsiz istifadəsi də görmə sinirinə mənfi təsir göstərə bilər”, – deyə o bildirib.
Həkimin sözlərinə görə, beyin daxilində yaranan bəzi şişlər də görmə sinirinin funksiyasını poza bilir. Xüsusilə hipofiz vəzinin şişləri və görmə yollarına təzyiq göstərən digər törəmələr zamanla sinirdə atrofiya yarada bilər.
“Beyin daxilində yerləşən bəzi şişlər görmə yollarını və ya görmə sinirini sıxaraq onun normal fəaliyyətinə mane olur. Bu hallarda xəstələrdə görmə sahəsinin daralması, ikiqat görmə və ya tədricən görmənin zəifləməsi müşahidə edilə bilər. Vaxtında diaqnoz qoyulmadıqda bu proses geri dönməz nəticələrə səbəb ola bilər”, – deyə Benjamin Kərimov vurğulayıb.
Mütəxəssis əlavə edib ki, bəzi vitaminlərin çatışmazlığı da görmə sinirinin sağlamlığına mənfi təsir göstərə bilər. Xüsusilə B qrup vitaminlərinin uzunmüddətli çatışmazlığı sinir sistemində, o cümlədən görmə sinirində problemlərin yaranmasına səbəb ola bilir.
Oftalmoloq insanlara görmədə hər hansı zəifləmə, görmə sahəsində dəyişiklik, bulanıqlıq və ya digər narahatlıqlar hiss etdikdə vaxt itirmədən həkimə müraciət etməyi tövsiyə edib.
“Görmə sinirinin ən təhlükəli tərəfi odur ki, zədələnmiş sinir liflərini bərpa etmək çox çətindir. Buna görə də erkən diaqnostika və vaxtında müalicə görmənin qorunması baxımından həlledici əhəmiyyət daşıyır. Müntəzəm göz müayinələri bir çox ciddi xəstəliklərin qarşısını almağa kömək edir”, – deyə Benjamin Kərimov qeyd edib.
09:59 / 07 İyul 2026
1
09:58 / 07 İyul 2026
90
09:38 / 07 İyul 2026
234
09:34 / 07 İyul 2026
58
09:27 / 07 İyul 2026
41
09:24 / 07 İyul 2026
53
09:16 / 07 İyul 2026
188
09:11 / 07 İyul 2026
147
09:08 / 07 İyul 2026
48
00:44 / 07 İyul 2026
148
00:18 / 07 İyul 2026
658
00:16 / 07 İyul 2026
156
00:12 / 07 İyul 2026
145
00:10 / 07 İyul 2026
312
00:02 / 07 İyul 2026
140
23:56 / 06 İyul 2026
248
23:56 / 06 İyul 2026
133
23:46 / 06 İyul 2026
698
23:41 / 06 İyul 2026
268
23:32 / 06 İyul 2026
312
23:08 / 06 İyul 2026
1422
23:02 / 06 İyul 2026
634
22:53 / 06 İyul 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.