Qalxanabənzər vəzdə düyün: Hər zaman xərçəng deyil - Həkim AÇIQLADI
27 İyul 2026, 15:20
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1272
12.06.2026, 12:22
Protein adı ilə satılan ölüm təhlükəsi: Gənclər nəyə diqqət etməlidir?
Son illərdə gənclər arasında bədən şəkilləndirmək, sürətlə əzələ kütləsi qazanmaq tendensiyası pik həddə çatıb. Təəssüf ki, bu həvəs çox vaxt idman zallarında və ya sosial şəbəkələrdə nəzarətsiz şəkildə satılan bəzi idman qidaları və steroidlərin qurbanına çevrilməklə nəticələnir.
Oxu24.com-un mövzu ilə bağlı suallarını Uzman Dietoloq Nigar Qarəhmədova cavablandırıb. Ekspert gənclərin daxili orqanlarını sıradan çıxaran, hətta qəfil ölüm risklərinə yol açan gizli təhlükələri ifşa edib, orijinal məhsulu saxtasından ayırmağın yollarını açıqlayıb.
Mənşəyi bilinməyən proteinlər daxili orqanları necə sıradan çıxarır?
Uzman dietoloq bildirir ki, idman zallarında və ya "alt qapıdan" satılan, dövlət qeydiyyatı olmayan məhsulların ən böyük qorxusu etiket fırıldaqçılığıdır. İçində nə olduğu bəlli olmayan bu tozlar orqanizmdə geri dönüşü olmayan fəsadlar yaradır:
“Dadı və ya təsiri güclü olsun deyə bu məhsulların tərkibinə bəzən ağır metallar, qadağan olunmuş dərman preparatları və hormonal komponentlər qatılır.
Keyfiyyətsiz zülal və çirkləndiricilər bu iki filtr orqanına həddindən artıq yük salır, hüceyrə ölümünə və toksik zəhərlənməyə yol açır. Sürətli nəticə üçün gənclərin üz tutduğu anabolik steroidlər isə əsl "saatlı bomba"dır. Onlar arterial təzyiqi partlama nöqtəsinə çatdırır, ürək ritmini pozur, infarkt, insult və sonsuzluğa səbəb olur. Hətta tamamilə sağlam gənclərdə belə qəfil ürək dayanması və ölüm riskini dəfələrlə artırır”.
Saxta və keyfiyyətli məhsulu necə fərqləndirməli?
Nigar Qarəhmədova gənclərə və valideynlərə saxta məhsulları tanımaq üçün bəzi qaydaları təqdim edir:
“Rəsmi idxalçı və etibarlı şəbəkələrdən satılır. İdman zallarında əldən və ya şübhəli sosial şəbəkə hesablarından satılır. Üzərində partiya (batch) nömrəsi, istehsal/son istifadə tarixi və sertifikatlar aydın oxunur. Yazı səhvləri var, çap keyfiyyəti bərbaddır, etiketləri qopmuş kimidir. Qoruyucu qapaq və falqa tam qapalı, zədəsiz olur. Qapağı asanlıqla açılır, daxili qoruyucusu hava buraxır və ya yoxdur. Rəsmi saytda partiya nömrəsi ilə orijinallığı yoxlanıla bilir. | Kod oxunmur və ya istehsalçı saytında belə bir partiya qeydiyyatı tapılmır”.
Qızıl qayda: Hər zülal istəyən toz udmamalıdır!
Uzman dietoloq xatırladır ki, əslində əksər gənclərin heç bir süni toza ehtiyacı yoxdur. Gündəlik protein ehtiyacını ət, balıq, yumurta, süd məhsulları və paxlalılar kimi təbii qidalarla tamamilə qarşılamaq mümkündür. Qida əlavələri yalnız təbii bəslənmə yetərsiz olduqda və mütləq şəkildə həkim və ya diyetoloq nəzarəti ilə rasiona daxil edilməlidir:
“Əzələ inkişafının yeganə və sağlam formulu balanslı qidalanma, nizamlı məşq proqramı və düzgün yuxu rejimidir. Sürətli nəticə vəd edən sehrli tozlar və ya steroidlər sizi ideal bədənə deyil, reanimasiyaya və ya qəbirstanlığa apara bilər. Sağlamlığınızı bir neçə santimetr əzələyə qurban verməyin!”
Çimnaz Telmanqızı
17:23 / 27 İyul 2026
65
17:07 / 27 İyul 2026
49
17:00 / 27 İyul 2026
50
16:42 / 27 İyul 2026
57
16:21 / 27 İyul 2026
60
16:18 / 27 İyul 2026
120
16:16 / 27 İyul 2026
70
15:59 / 27 İyul 2026
78
15:45 / 27 İyul 2026
76
15:21 / 27 İyul 2026
83
15:20 / 27 İyul 2026
85
15:17 / 27 İyul 2026
69
14:59 / 27 İyul 2026
83
14:34 / 27 İyul 2026
78
14:28 / 27 İyul 2026
70
14:04 / 27 İyul 2026
97
13:59 / 27 İyul 2026
102
13:55 / 27 İyul 2026
87
13:50 / 27 İyul 2026
99
13:47 / 27 İyul 2026
73
13:40 / 27 İyul 2026
108
13:30 / 27 İyul 2026
100
13:15 / 27 İyul 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.