Ürək damarına hava qabarcığı düşərsə, nə baş verir? – Kardioloq AÇIQLADI
10 Noyabr 2026, 16:47
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
570
12.06.2026, 11:30
Məlum olduğu kimi,son illər arıqlama iynələri ilə bağlı cəmiyyətdə ziddiyətli fikirlər var.
Bu iynələrdən necə istifadə etmək lazımdır?Sual doğuran məqamlardan biri də hamilə qadınlarla bağlıdır.
Mövzu ilə bağlı həkim Oktay Hüseynov Oxu24.com-a danışıb.
"Son vaxtlar Ozempic, Wegovy, Mounjaro, Sejaro və digər oxşar preparatlardan istifadə edən qadınlar mənə tez-tez eyni sualı verirlər. “Hamilə qalmaq istəyirəm. Preparatı nə vaxt dayandırmalıyam?”Cavab çox vacibdir.Semaqlutid və tirzepatid hamiləlik zamanı istifadə üçün tövsiyə edilmir.Bu preparatlar qəbul edilərkən hamiləlik planlaşdırılmamalıdır",-deyə həkim bildirib.
Həkimin sözlərinə görə, Semaqlutid (Ozempic, Wegovy və s.) qəbul edən qadınlara preparatı planlaşdırılan hamiləlikdən ən azı 2 ay əvvəl dayandırmaq tövsiyə olunur.
Tirzepatid (Mounjaro, Sejaro və s.) qəbul edən qadınlar üçün də eyni yanaşma tətbiq edilir və preparatın əvvəlcədən dayandırılması məsləhət görülür.
Niyə?
Bu preparatlar orqanizmdə uzun müddət qalır. İynəni bu gün dayandırsanız belə, preparatın təsiri bir neçə həftə davam edə bilər.
Ona görə də hamiləliyin planlaşdırılması öncədən düşünülməlidir.
Bəs preparatı qəbul edərkən təsadüfən hamiləlik baş verərsə?
Panikaya düşməyin.
Preparatı dayandırın və dərhal ginekoloq və endokrinoloqla əlaqə saxlayın.
Mövcud məlumatlar bütün hallarda ciddi problem olacağını göstərmir. Lakin belə vəziyyət mütləq həkim nəzarəti tələb edir.
Maraqlı məqam:
Bir çox qadın arıqladıqdan sonra menstrual dövrün normallaşdığını və hamilə qalma ehtimalının artdığını müşahidə edir.
Yəni bəzən çəki azalması reproduktiv funksiyanı yaxşılaşdıra bilər.
Əgər yaxın aylarda hamiləlik planlaşdırırsınızsa, bunu preparata başlamazdan əvvəl mütləq həkiminizlə müzakirə edin.
Ana olmaq planı da, arıqlamaq planı da düzgün qurulmalıdır.
Hazırladı: Jalə
20:54 / 10 Noyabr 2026
1
20:46 / 10 Noyabr 2026
56
20:35 / 10 Noyabr 2026
77
20:17 / 10 Noyabr 2026
77
20:10 / 10 Noyabr 2026
736
19:59 / 10 Noyabr 2026
85
19:58 / 10 Noyabr 2026
86
19:52 / 10 Noyabr 2026
89
19:52 / 10 Noyabr 2026
84
19:43 / 10 Noyabr 2026
93
19:40 / 10 Noyabr 2026
113
19:26 / 10 Noyabr 2026
103
19:20 / 10 Noyabr 2026
590
19:06 / 10 Noyabr 2026
128
18:58 / 10 Noyabr 2026
750
18:56 / 10 Noyabr 2026
112
18:39 / 10 Noyabr 2026
220
18:26 / 10 Noyabr 2026
505
18:25 / 10 Noyabr 2026
159
18:19 / 10 Noyabr 2026
184
18:17 / 10 Noyabr 2026
136
18:04 / 10 Noyabr 2026
228
18:02 / 10 Noyabr 2026
1522
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.