Yağlı yeməkdən sonra gəyirmə: Nəyə işarədir?
21 Avqust 2026, 15:55
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
478
10.06.2026, 14:55
Göz sağlamlığı insan həyat keyfiyyəti üçün ən vacib amillərdən biridir. Görmə qabiliyyətində yaranan hər hansı problem gündəlik həyata birbaşa təsir göstərir və bəzən bu dəyişikliklər çox gec hiss olunur. Xüsusilə görmə siniri ilə bağlı problemlər daha təhlükəli hesab edilir, çünki bu sinirdə baş verən zədələnmələr çox vaxt geri dönməz xarakter daşıyır.
Bu barədə oftalmoloq Benjamin Azər Kərimov Oxu24.com saytına açıqlamasında görmə sinirinin zədələnmə səbəbləri və risk faktorları haqqında ətraflı danışıb.
Həkimin sözlərinə görə, görmə sinirinin zədələnməsində ən əsas səbəblərdən biri göz daxili təzyiqin yüksəlməsidir. Normal halda göz təzyiqi müəyyən balansda olmalıdır, lakin bu göstərici uzun müddət yüksək qalarsa, görmə sinirinə ciddi təzyiq göstərir. Nəticədə sinirin qan dövranı zəifləyir, oksigen çatışmazlığı yaranır və tədricən sinir hüceyrələrinin məhvi başlayır. Bu proses vaxtında aşkar edilməzsə, görmə itkisi qaçılmaz ola bilər.
Benjamin Azər Kərimov əlavə edib ki, damar mənşəli problemlər də görmə sinirinin zədələnməsində mühüm rol oynayır. Göz və beyin damarlarında yaranan tıxanmalar, qan dövranının zəifləməsi sinirin qidalanmasını pozur və onun funksiyasını zəiflədir. Bu isə zamanla görmə qabiliyyətinin azalmasına səbəb olur.
Açıqlamada qeyd olunur ki, toksik maddələr də görmə siniri üçün ciddi təhlükə yaradır. Xüsusilə metanol və bəzi dərman preparatları sinir toxumasına birbaşa zərər verə bilər. Xalq arasında “texniki spirt” kimi tanınan metanol isə çox qısa müddətdə ağır və geri dönməz görmə pozğunluqlarına səbəb ola bilir.
Həkim həmçinin vurğulayıb ki, beyin daxilində yaranan patoloji proseslər də görmə sinirinə təsirsiz ötüşmür. Beyin şişləri və xüsusilə görmə yollarına təzyiq edən kütlələr sinirin fəaliyyətini pozaraq görmə zəifləməsinə gətirib çıxarır.
Eyni zamanda vitamin çatışmazlığı da risk faktorları sırasında yer alır. B qrup vitaminləri, xüsusilə B12 vitamini sinir toxumasının sağlam fəaliyyəti üçün vacibdir və onun çatışmazlığı görmə sinirində zəifləmə və zədələnmə riskini artırır.
Sonda həkim qeyd edib ki, görmə siniri xəstəlikləri çox vaxt gizli inkişaf etdiyindən mütəmadi oftalmoloji müayinələr olduqca vacibdir. Erkən diaqnoz qoyulduğu halda bir çox hallarda görmə funksiyasını qorumaq mümkündür.
Jalə
00:41 / 22 Avqust 2026
27
00:03 / 22 Avqust 2026
67
23:49 / 21 Avqust 2026
63
23:00 / 21 Avqust 2026
64
22:39 / 21 Avqust 2026
73
22:25 / 21 Avqust 2026
81
22:11 / 21 Avqust 2026
84
21:57 / 21 Avqust 2026
96
21:30 / 21 Avqust 2026
87
20:56 / 21 Avqust 2026
90
20:52 / 21 Avqust 2026
70
20:14 / 21 Avqust 2026
82
19:42 / 21 Avqust 2026
95
19:21 / 21 Avqust 2026
98
19:08 / 21 Avqust 2026
177
18:46 / 21 Avqust 2026
105
18:41 / 21 Avqust 2026
79
18:33 / 21 Avqust 2026
97
18:20 / 21 Avqust 2026
77
18:10 / 21 Avqust 2026
117
17:59 / 21 Avqust 2026
103
17:45 / 21 Avqust 2026
126
17:30 / 21 Avqust 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.