Qarpızların gizli təhlükəsi
25 İyul 2026, 10:59
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
538
12.05.2026, 13:48
Stomatoloji sağlamlığa münasibət cəmiyyətdə hələ də bir sıra hallarda yanlış vərdiş və yanaşmalar üzərində formalaşır. Müşahidələr göstərir ki, bir çox insanlar diş və ağız boşluğu problemlərinə yalnız ağrı hiss etdikdən sonra diqqət yetirir, profilaktik müayinələri isə ya tamamilə nəzərə almır, ya da uzun müddət təxirə salır. Mütəxəssislər isə xəbərdarlıq edirlər ki, bu cür yanaşma sonradan daha ciddi fəsadlara, hətta diş itkisinə qədər gedib çıxa bilər.
Stomatoloq İsgəndər İsgəndərli Oxu24.com-a açıqlamasında bildirib ki, problemin əsas kökündə insanların stomatoloji xidmətə münasibətində formalaşmış yanlış stereotiplər dayanır. Onun sözlərinə görə, pasiyentlərin böyük əksəriyyəti stomatoloqa yalnız kəskin ağrı başladıqda və ya vəziyyət artıq dözülməz həddə çatdıqda müraciət etməyi düzgün hesab edir. Halbuki bu mərhələdə çox vaxt proses gecikmiş olur və dişi xilas etmək imkanı məhdudlaşır.
Həkim qeyd edib ki, belə hallarda ya müalicə çox mürəkkəbləşir, ya da dişin çəkilməsi qaçılmaz olur. Bəzən isə infeksiya və iltihab prosesləri genişlənərək sağlam toxumalara da zərər verir və nəticədə tək bir diş problemi daha ciddi ağız boşluğu xəstəliklərinə çevrilə bilir. Bu isə həm pasiyentin sağlamlığı, həm də müalicə müddəti baxımından əlavə çətinliklər yaradır.
İ.İsgəndərli gec müraciətin səbəbləri arasında iki əsas amili xüsusilə vurğulayır: maddi imkanlar və qorxu faktoru. Onun sözlərinə görə, bəzi insanlar müalicənin baha başa gələcəyini düşündüyü üçün problemi təxirə salır, digərləri isə stomatoloji müdaxilələrdən qorxaraq həkimə getməkdən çəkinirlər. Halbuki vaxtında edilən müraciət həm daha sadə, həm də daha az xərc tələb edən müalicə imkanı yaradır.
Həkim əlavə edib ki, gecikmə təkcə tibbi deyil, həm də iqtisadi baxımdan pasiyentə zərər vurur. Çünki zaman keçdikcə digər sahələrdə olduğu kimi stomatoloji xidmətlərin də qiymətində artım müşahidə olunur. Nəticədə, ilkin mərhələdə sadə bir müalicə ilə həll oluna biləcək problem sonradan daha geniş və bahalı prosedurlara çevrilir.
Eyni zamanda stomatoloq düzgün həkim seçiminin də mühüm əhəmiyyət daşıdığını qeyd edib. Onun sözlərinə görə, keyfiyyətli stomatoloji xidmət gələcəkdə yarana biləcək fəsadların qarşısının alınmasında əsas rol oynayır. O, bu məqamda xalq arasında geniş yayılan “ucuz ətin şorbası olmaz” ifadəsini xatırladaraq bildirib ki, çox aşağı qiymətə göstərilən xidmətlərdə istifadə olunan materialların keyfiyyəti hər zaman yüksək olmur və bu da sonradan əlavə sağlamlıq problemlərinə səbəb ola bilər.
Mütəxəssis sonda vurğulayıb ki, stomatoloji müayinələrə yalnız problem yarandıqda deyil, mütəmadi olaraq müraciət etmək daha düzgün yanaşmadır. Bu, həm dişlərin qorunmasına, həm də ümumi ağız sağlamlığının uzunmüddətli saxlanılmasına imkan yaradır.
Turan
12:55 / 26 İyul 2026
21
12:35 / 26 İyul 2026
25
12:30 / 26 İyul 2026
85
12:23 / 26 İyul 2026
383
12:15 / 26 İyul 2026
59
12:00 / 26 İyul 2026
58
11:35 / 26 İyul 2026
397
11:30 / 26 İyul 2026
74
11:21 / 26 İyul 2026
133
11:13 / 26 İyul 2026
79
11:10 / 26 İyul 2026
68
11:05 / 26 İyul 2026
728
10:55 / 26 İyul 2026
74
10:47 / 26 İyul 2026
540
10:40 / 26 İyul 2026
68
09:50 / 26 İyul 2026
79
09:44 / 26 İyul 2026
685
09:43 / 26 İyul 2026
80
00:24 / 26 İyul 2026
152
23:29 / 25 İyul 2026
97
22:59 / 25 İyul 2026
153
22:45 / 25 İyul 2026
1008
22:39 / 25 İyul 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.