Qaraciyər yağlanması bundan imiş - ŞOK SƏBƏB
11 Noyabr 2026, 23:18
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
643
30.04.2026, 20:08
Böyrək daşı müasir dövrdə geniş yayılmış və insanlara ciddi ağrılar yaşadan problemlərdən biridir. Terapevt Xoşbəxt Ağayeva Oxu24.com-a açıqlamasında bildirib ki, bu xəstəlik bir çox hallarda ilkin mərhələdə özünü açıq şəkildə göstərmir.
Həkimin sözlərinə görə, böyrək daşları uzun müddət latent, yəni gizli formada inkişaf edə bilər və insan bu barədə yalnız ağrı başladıqdan sonra məlumatlı olur. Ən tipik əlamət isə böyrək sancısıdır. Bu zaman ağrı bel nahiyəsindən başlayaraq sidik yolları boyunca aşağıya doğru yayılır, çox güclü olur və bəzən doğuş sancısına bənzədilir. Ağrı ilə yanaşı ürəkbulanma və qusma kimi hallar da müşahidə oluna bilər.
Mütəxəssis qeyd edir ki, daş hər zaman güclü ağrı ilə üzə çıxmır. Bəzi hallarda daha yüngül, lakin diqqət çəkən əlamətlər də olur. Məsələn, tez-tez sidiyə getmə, sidiyin damcı-damcı və yanma hissi ilə ifraz olunması, həmçinin sidikdə qan müşahidə edilməsi böyrək daşının əlaməti ola bilər. Bu, daşın sidik yollarını zədələməsi ilə bağlıdır. Lakin bu simptomlar digər xəstəliklərlə də oxşarlıq təşkil etdiyindən düzgün differensial diaqnostika aparılması vacibdir.
Xoşbəxt Ağayeva vurğulayıb ki, vaxtında aşkarlanmadıqda böyrək daşı ciddi fəsadlara səbəb ola bilər. Bu, böyrək funksiyasının pozulmasına, hətta böyrək çatışmazlığına qədər gedib çıxa bilər. Ağır hallarda xəstələr dializ və ya böyrək transplantasiyasına ehtiyac duya bilərlər.
Həkim tövsiyə edir ki, belə risklərin qarşısını almaq üçün ilk növbədə terapevtə müraciət olunmalı, lazım gəldikdə isə əlavə olaraq endokrinoloji müayinə aparılmalıdır. Xəstəliyin yaranma səbəbi müəyyən edildikdən sonra düzgün müalicə və profilaktik tədbirlər görülməlidir.
Nigar
03:10 / 12 Noyabr 2026
59
01:25 / 12 Noyabr 2026
105
00:55 / 12 Noyabr 2026
117
00:43 / 12 Noyabr 2026
110
00:35 / 12 Noyabr 2026
241
00:33 / 12 Noyabr 2026
109
00:27 / 12 Noyabr 2026
120
00:24 / 12 Noyabr 2026
133
00:19 / 12 Noyabr 2026
143
00:17 / 12 Noyabr 2026
206
00:11 / 12 Noyabr 2026
136
23:54 / 11 Noyabr 2026
119
23:52 / 11 Noyabr 2026
123
23:50 / 11 Noyabr 2026
145
23:45 / 11 Noyabr 2026
1097
23:28 / 11 Noyabr 2026
116
23:24 / 11 Noyabr 2026
124
23:18 / 11 Noyabr 2026
136
23:09 / 11 Noyabr 2026
134
23:03 / 11 Noyabr 2026
122
23:01 / 11 Noyabr 2026
145
22:55 / 11 Noyabr 2026
119
22:38 / 11 Noyabr 2026
186
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.