Qalxanabənzər vəzdə düyün: Hər zaman xərçəng deyil - Həkim AÇIQLADI
27 İyul 2026, 15:20
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
574
30.04.2026, 19:05
Kardioloq-terapevt İslam Əzizov Oxu24.com-a açıqlamasında bildirib ki, mədəaltı vəzi ilə bağlı narahatlıqları olan şəxslər qidalanma rejiminə ciddi nəzarət etməlidirlər. Onun sözlərinə görə, bəzi qidalar bu orqanın fəaliyyətini daha da yükləyərək narahatlıq və diskomfort yarada bilər.
Həkim qeyd edib ki, ilk növbədə yağlı, ədviyyatlı və ağır həzm olunan qidalar menyudan çıxarılmalıdır. Eyni zamanda kolbasa, sosis kimi emal olunmuş məhsullar, qızartmalar və rəngli, süni tərkibli souslar da tövsiyə edilmir. Bu cür qidalar mədəaltı vəzinin fəaliyyətini artıraraq əlavə gərginlik yaradır.
İslam Əzizovun sözlərinə görə, qidalanma yalnız məhsul seçimi ilə məhdudlaşmır, həm də qida qəbulu rejimi vacibdir. Bəzi hallarda xəstələr uzun müddət ac qaldıqda özlərini daha rahat hiss etdiklərini qeyd etsələr də, bu, düzgün yanaşma deyil. Çünki qida qəbulundan sonra mədəaltı vəzi aktiv işləməyə başlayır və bu zaman ağrı və ya diskomfort hiss oluna bilər. Lakin bu, qidalanmanı gecikdirmək üçün əsas sayılmamalıdır.
Mütəxəssis vurğulayıb ki, düzgün və balanslı qidalanma, az-az, lakin tez-tez yemək, həmçinin yüngül və asan həzm olunan qidalara üstünlük vermək mədəaltı vəzinin yükünü azaltmağa kömək edir. Bu qaydalara əməl etməklə xəstəliyin yaratdığı narahatlıqları minimuma endirmək mümkündür.
Nigar
19:15 / 27 İyul 2026
1
19:13 / 27 İyul 2026
5
19:02 / 27 İyul 2026
14
18:48 / 27 İyul 2026
265
18:45 / 27 İyul 2026
64
18:33 / 27 İyul 2026
53
18:30 / 27 İyul 2026
397
18:22 / 27 İyul 2026
54
18:20 / 27 İyul 2026
2850
18:10 / 27 İyul 2026
59
17:59 / 27 İyul 2026
66
17:40 / 27 İyul 2026
76
17:23 / 27 İyul 2026
157
17:07 / 27 İyul 2026
81
17:00 / 27 İyul 2026
82
16:42 / 27 İyul 2026
74
16:21 / 27 İyul 2026
79
16:18 / 27 İyul 2026
202
16:16 / 27 İyul 2026
100
15:59 / 27 İyul 2026
106
15:45 / 27 İyul 2026
90
15:21 / 27 İyul 2026
99
15:20 / 27 İyul 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.