Qalxanabənzər vəzdə düyün: Hər zaman xərçəng deyil - Həkim AÇIQLADI
27 İyul 2026, 15:20
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
755
28.04.2026, 19:40
Beyin qanaması keçirmiş xəstələrdə əsas məqsəd arterial təzyiqin stabil saxlanılması və təkrar qanama riskinin minimuma endirilməsidir. Uzman nevroloq Nailə Ələkbərova bildirir ki, bu mərhələdə qidalanma rejimi müalicənin vacib hissələrindən biridir və bəzi məhsullar ciddi risk yarada bilər.
Mütəxəssisin sözlərinə görə, ilk növbədə həddindən artıq duzlu qidalardan uzaq durmaq lazımdır. Turşular, duzlu pendirlər və hazır paket məhsullar təzyiqi yüksəldərək təkrar qanama ehtimalını artıra bilər. Eyni zamanda, işlənmiş ətlər – kolbasa və sosis kimi məhsullar damar sağlamlığına mənfi təsir göstərir.
Fast food və qızartma qidalar da risk qrupuna daxildir. Bu qidalar xolesterini artıraraq damar elastikliyini azaldır və ümumi ürək-damar sisteminə əlavə yük yaradır. Həddindən artıq kafein qəbulu – güclü çay, qəhvə və enerji içkiləri isə təzyiqdə dalğalanmalara səbəb ola bilər.
Həkim həmçinin qeyd edir ki, bəzi meyvələr, xüsusilə qreypfrut, qan durulaşdırıcı dərmanlarla qarşılıqlı təsirə girərək onların effektini dəyişə bilər və bu da qanama riskini artıra bilər.
Nailə Ələkbərova vurğulayır ki, xüsusilə qan durulaşdırıcı preparatlar qəbul edən xəstələrdə qidalanma rejimi daha ciddi nəzarətdə olmalıdır. Onun sözlərinə görə, düzgün qidalanma bəzən xəstənin həyatını qoruyan əsas amilə çevrilə bilər.
Nigar
19:15 / 27 İyul 2026
1
19:13 / 27 İyul 2026
5
19:02 / 27 İyul 2026
14
18:48 / 27 İyul 2026
265
18:45 / 27 İyul 2026
64
18:33 / 27 İyul 2026
53
18:30 / 27 İyul 2026
397
18:22 / 27 İyul 2026
54
18:20 / 27 İyul 2026
2850
18:10 / 27 İyul 2026
59
17:59 / 27 İyul 2026
66
17:40 / 27 İyul 2026
76
17:23 / 27 İyul 2026
157
17:07 / 27 İyul 2026
81
17:00 / 27 İyul 2026
82
16:42 / 27 İyul 2026
74
16:21 / 27 İyul 2026
79
16:18 / 27 İyul 2026
202
16:16 / 27 İyul 2026
100
15:59 / 27 İyul 2026
106
15:45 / 27 İyul 2026
90
15:21 / 27 İyul 2026
99
15:20 / 27 İyul 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.