Prezidenti İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
13 Noyabr 2026, 00:34
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
54
13.11.2026, 00:49
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüşü olub.
Oxu24.com xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, ölkəmizə səfərini xatırladıb. O, Azərbaycan-Avropa İttifaqı dialoqunun və əməkdaşlıq məsələlərinin müzakirəsini davam etdirmək üçün Prezident İlham Əliyevi Avropa İttifaqına səfərə dəvət edib.
Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfərini xatırladıb və qeyd edib ki, bu, əlaqələrimizin inkişafına yaxşı imkanlar açır.
Prezident İlham Əliyev ölkəmizin etibarlı tərəfdaş kimi Avropanın enerji təchizatı və enerji təhlükəsizliyində oynadığı rola toxunaraq vurğulayıb ki, Azərbaycan hazırda Avropa İttifaqının 10 üzv ölkəsinə qaz ixrac edir.
Ölkəmizlə Avropa İttifaqı arasında qaz təchizatı sahəsində uğurlu əməkdaşlığın davam etdirilməsi baxımından uzunmüddətli enerji müqavilələrinin və maliyyə mexanizmlərinin yenidən nəzərdən keçirilməsinin vacibliyi qeyd olunub.
Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında enerji, o cümlədən bərpaolunan enerji sahəsində əməkdaşlığa toxunularaq, bu xüsusda Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında bərpaolunan enerjinin Avropa bazarına ixracı üçün əldə olunmuş razılaşma vurğulanıb.
Avropa İttifaqı tərəfindən Naxçıvan dəmir yolu layihəsi üzrə qiymətləndirmənin tezliklə yekunlaşdırılacağı bildirilib.
Orta Dəhlizin əhəmiyyəti qeyd edildi, nəqliyyat və bağlantıların inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
00:34 / 13 Noyabr 2026
71
00:18 / 13 Noyabr 2026
72
00:17 / 13 Noyabr 2026
84
23:53 / 12 Noyabr 2026
468
23:51 / 12 Noyabr 2026
79
23:40 / 12 Noyabr 2026
114
23:34 / 12 Noyabr 2026
85
23:24 / 12 Noyabr 2026
501
23:20 / 12 Noyabr 2026
85
23:19 / 12 Noyabr 2026
89
23:18 / 12 Noyabr 2026
93
23:12 / 12 Noyabr 2026
91
23:03 / 12 Noyabr 2026
93
23:02 / 12 Noyabr 2026
191
22:59 / 12 Noyabr 2026
90
22:55 / 12 Noyabr 2026
104
22:49 / 12 Noyabr 2026
126
22:40 / 12 Noyabr 2026
100
22:24 / 12 Noyabr 2026
166
22:21 / 12 Noyabr 2026
107
22:13 / 12 Noyabr 2026
120
21:55 / 12 Noyabr 2026
109
21:39 / 12 Noyabr 2026
119
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.