Röya Ayxan açıqladı: "Mahnımız artıq hazırdır" - VİDEO
27 Yanvar 2026, 20:26
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1117
19.12.2019, 16:37
El arasında bir məsəl var, “Keçinin buynuzu qaşınanda, çobanın çomağına sürtər”, sonra da deyər, çoban niyə çomağını təpəmə çırpdı?
Oxu24.com xəbər verir ki, bu sözləri müğənni Afaq Aslan şəxsi “Instagram” hesabında paylaşıb.
Müğənni Xatun Əliyevanın “Youtube”da yayımlanan “Tolik ilə Səmimi” verilişində dilə gətirdiyi “Müğənnilər var ki, lüt şəklini sosial şəbəkədə paylaşır, sonra da başlayır qeyrətdən danışmağa” sözlərini Afaq özünə aid edib.
Xatunun bu açıqlamalarından cin atına minən Afaq qarşı tərəfin ünvanına sərt ittihamlar səsləndirib:
“İnsan səviyyəsini qoruyaraq, ağzının danışığını bilməlidir ki, sonradan əl-ayağa düşüb “Afaqı susdurun” deyə yalvarmasın!
Həmçinin oxuyun
“Lüt şəkillər çəkdirib, qeyrətdən danışır” dediklərin, geyinib şəkil çəkdirənlərdən fərqli olaraq, onları toylara aparsınlar deyə arvadına bacı, özünə qardaş dediyi insanların altına heç vaxt yıxılmır! Və dalını-qabağını şişirib, ora-burasını ailəli kişilərin gözünə soxub, sonra da çıxıb dini, namazı əlində bayraq eləmir”.
Bununla da ürəyi sakitləşməyən Afaq Xatunun keçirdiyi “omba böyütmə” əməliyyatını başına qaxınc edərək, onu biabır edib:
“Təbii ki, keçirdiyin əməliyyatların və bədənindəki şramların sayını “həcilər” və evli kişilər daha dəqiq bilər, nəinki səni əməliyyat edən həkimlər!
Ona-buna söz ataraq, mənə heç kim bata bilməz deyərək, lovğalanma. Haqlı olduğum təqdirdə bataram da lazım gələr, lap o tərəfə də keçərəm. Amma özümə gündəm və reklam qazanmaq naminə haqsız yerə heç kimin ünvanına atmaca atmaram.
“Soyunub şəkil çəkdirənlərdə olan vücud səndə olsa nəinki lüt şəkillər çəkdirərsən, hətta lüt gəzərsən! Soyunub şəkil çəkdirənləri də o həddə çatdırma ki, qaranlıq keçmişinə işıq salsınlar.

14:29 / 28 Yanvar 2026
18
14:15 / 28 Yanvar 2026
436
14:07 / 28 Yanvar 2026
89
14:04 / 28 Yanvar 2026
48
14:01 / 28 Yanvar 2026
101
13:57 / 28 Yanvar 2026
30
13:47 / 28 Yanvar 2026
35
13:44 / 28 Yanvar 2026
41
13:22 / 28 Yanvar 2026
121
13:15 / 28 Yanvar 2026
160
13:11 / 28 Yanvar 2026
62
13:04 / 28 Yanvar 2026
81
13:02 / 28 Yanvar 2026
61
12:52 / 28 Yanvar 2026
236
12:40 / 28 Yanvar 2026
50
12:32 / 28 Yanvar 2026
263
12:26 / 28 Yanvar 2026
83
12:21 / 28 Yanvar 2026
214
12:03 / 28 Yanvar 2026
1545
11:33 / 28 Yanvar 2026
70
11:28 / 28 Yanvar 2026
62
11:25 / 28 Yanvar 2026
289
11:17 / 28 Yanvar 2026
212
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.