Bəzi yerlərdə külək güclənib
14 Noyabr 2026, 11:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1134
28.01.2026, 14:04
"Bu gün Xırdalan və Masazır kimi istiqamətlərdə yeni metro xətlərinin yaradılmasına baxmaq mümkündürsə, məsələn, Zabrat ərazisində yeni metro stansiyalarının yaradılmasını, metro xəttinin o ərazilərə qədər aparılmasını səmərəli hesab etmirik. İndiki konsepsiyamızda bu yoxdur".
Oxu24.com APA-ya istinadən xəbər verir ki, bunu "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masa zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
O qeyd edib ki, yeni stansiyaların yerləri müəyyənləşərkən ilk növbədə hər bir stansiyanın verə biləcəyi töhfə, yəni onun effekti nəzərə alınır:
"Paytaxtın mərkəzindən nisbətən uzaqda yerləşən Yeni Günəşli, Zabrat, Masazır, Saray və digər yaşayış massivlərinə metro xətlərinin çəkilməsi növbəti mərhələlərdə nəzərdən keçiriləcək. Yanaşmanın əsas məqsədi ondan ibarətdir ki, şəhərin mərkəzinin yükü azalsın. İndi mərkəzi stansiyalar rolunu ən çox "28 May" və "Sahil" stansiyaları daşıyır. Digər stansiyalardan gələnlər əsasən bu iki stansiyaya gəlir. İlkin olaraq keçid stansiyalarını inşa etməyimizin əsas səbəbi mərkəzin nəqliyyat yükünü azaltmaq və sərnişinlərin mərkəzə gəlməsi, mərkəzdən getməsi üçün alternativ stansiyalar təklif etməkdir, yəni, şəbəkəni şaxələndirməkdir. "28 May" stansiyasına keçid stansiyası olaraq "Cəfər Cabbarlı" stansiyası mövcuddur. 2030-cu ilədək "Nizami", "Sahil" və "Xətai" stansiyaları üçün də keçid stansiyaları inşa olunacaq, bununla da mərkəzi stansiyaların yükü azalacaq. Bundan sonrakı mərhələlərdə isə artıq şəhərətrafı ərazilərə metro xətlərinin çəkilməsi məsələsi gündəmə gətiriləcək".
12:09 / 14 Noyabr 2026
65
11:58 / 14 Noyabr 2026
80
11:50 / 14 Noyabr 2026
65
11:39 / 14 Noyabr 2026
69
11:32 / 14 Noyabr 2026
78
11:19 / 14 Noyabr 2026
84
11:09 / 14 Noyabr 2026
85
11:00 / 14 Noyabr 2026
100
10:58 / 14 Noyabr 2026
92
10:46 / 14 Noyabr 2026
99
10:36 / 14 Noyabr 2026
93
10:17 / 14 Noyabr 2026
85
09:59 / 14 Noyabr 2026
104
09:46 / 14 Noyabr 2026
112
09:30 / 14 Noyabr 2026
104
09:29 / 14 Noyabr 2026
129
09:23 / 14 Noyabr 2026
127
08:09 / 14 Noyabr 2026
1640
01:15 / 14 Noyabr 2026
177
00:40 / 14 Noyabr 2026
349
00:02 / 14 Noyabr 2026
1302
23:58 / 13 Noyabr 2026
201
23:49 / 13 Noyabr 2026
199
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.