Bəzi yerlərdə külək güclənib
14 Noyabr 2026, 11:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
610
28.01.2026, 13:44
Bakıda taksilərin xüsusi hərəkət zolaqlarından istifadəsinə icazə verilməsi hazırda məqsədəuyğun hesab edilmir.
Oxu24.com xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.
Onun sözlərinə görə, paytaxtda taksilərin sayı 25 mindən çoxdur və faktiki göstərici bundan da yüksəkdir: "Bu qədər nəqliyyat vasitəsinin xüsusi zolaqlara daxil olması həmin zolaqların əsas funksiyasını zəiflədə bilər. Taksilər zolağa daxil olduqdan sonra yolboyu dayanaraq sərnişin götürəcək və düşürəcək. Bu isə xüsusi zolaqların maneəsiz hərəkət prinsipi ilə ziddiyyət təşkil edir və onların effektivliyini azalda bilər".
R.Hümmətov əlavə edib ki, hazırda əsas məqsəd mövcud zolaqların ictimai nəqliyyat üçün sürətli və fasiləsiz hərəkətini təmin etməkdir: "Buna görə də bu məsələ hazırkı mərhələdə müzakirə edilmir".
12:09 / 14 Noyabr 2026
65
11:58 / 14 Noyabr 2026
80
11:50 / 14 Noyabr 2026
65
11:39 / 14 Noyabr 2026
69
11:32 / 14 Noyabr 2026
78
11:19 / 14 Noyabr 2026
84
11:09 / 14 Noyabr 2026
85
11:00 / 14 Noyabr 2026
100
10:58 / 14 Noyabr 2026
92
10:46 / 14 Noyabr 2026
99
10:36 / 14 Noyabr 2026
93
10:17 / 14 Noyabr 2026
85
09:59 / 14 Noyabr 2026
104
09:46 / 14 Noyabr 2026
112
09:30 / 14 Noyabr 2026
104
09:29 / 14 Noyabr 2026
129
09:23 / 14 Noyabr 2026
127
08:09 / 14 Noyabr 2026
1640
01:15 / 14 Noyabr 2026
177
00:40 / 14 Noyabr 2026
349
00:02 / 14 Noyabr 2026
1302
23:58 / 13 Noyabr 2026
201
23:49 / 13 Noyabr 2026
199
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.