Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO
20 Aprel 2026, 23:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
666
28.01.2026, 12:26
Yunan-Roma güləşi üzrə olimpiya mükafatçısı, dünya çempionu, universiada və I Avropa Oyunlarının qalibi Rəsul Çunayevə vəzifə verilib.
Oxu24.com xəbər verir ki, o, Azərbaycan Güləş Federasiyasında Nümayəndəliklərlə iş şöbəsinin mütəxəssisi vəzifəsinə təyin olunub.
Bu barədə 35 yaşlı veteran idmançı açıqlama verib: “Yanvarın 26-dan etibarən Güləş Federasiyasında Nümayəndəliklərlə iş şöbəsində fəaliyyətə başlamışam.
Bu məsuliyyətli və şərəfli vəzifəyə təyin olunmağımda göstərilən yüksək etimada görə Güləş Federasiyasının rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Ölkəmizdə güləş idman növünün davamlı inkişafı, beynəlxalq arenada nüfuzunun daha da gücləndirilməsi istiqamətində üzərimə düşən vəzifələri məsuliyyətlə və vicdanla yerinə yetirəcəyəm”.
Həmçinin oxuyun
O, işinin nədən ibarət olacağını da bildirib: “İşim bütün ölkə ərazisində uşaq və yeniyetmə güləşinin inkişafı ilə bağlı olacaq. Regionlarda Uşaq-Gənclər İdman Məktəbləri ilə əlaqəli fəaliyyət göstərmək və güləş klublarının işinə əməli kömək etmək üçün addımlar atacağam”.
Qeyd edək ki, Güləş Federasiyası daha öncə də karyeralarını başa vuran veteran idmançılara müxtəlif postları tapşırıb. Belə ki, Mariya Stadnik qadın, Hacı Əliyev sərbəst, Rafiq Hüseynov isə yunan-Roma güləşi üzrə kurator vəzifələrinə təyin olunublar. (Prosport)
00:30 / 21 Aprel 2026
1
23:55 / 20 Aprel 2026
36
23:38 / 20 Aprel 2026
47
23:18 / 20 Aprel 2026
48
22:59 / 20 Aprel 2026
187
22:49 / 20 Aprel 2026
97
22:31 / 20 Aprel 2026
63
22:20 / 20 Aprel 2026
60
22:06 / 20 Aprel 2026
143
22:02 / 20 Aprel 2026
96
21:56 / 20 Aprel 2026
80
21:42 / 20 Aprel 2026
89
21:34 / 20 Aprel 2026
184
21:24 / 20 Aprel 2026
68
21:20 / 20 Aprel 2026
1124
21:19 / 20 Aprel 2026
218
21:17 / 20 Aprel 2026
56
21:09 / 20 Aprel 2026
444
21:05 / 20 Aprel 2026
213
21:04 / 20 Aprel 2026
70
20:59 / 20 Aprel 2026
76
20:53 / 20 Aprel 2026
1002
20:50 / 20 Aprel 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.