İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşüb, "Zangilan City Park Hotel"in təməlini qoyub
10 May 2026, 12:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
583
28.01.2026, 11:00
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, uzun illərdən sonra “Dərnəgül” elektrik deposunun inşası davam etdirilib.
Citypost.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masada bildirib.
Onun sözlərinə görə, metronun “28 May” stansiyası ərazisində xətlərin ayrılması layihəsinin əsas tərkib hissəsi olan iki nöqtədə şaxtaların qazıntısına başlanılıb.
“Eyni zamanda, “İçərişəhər” stansiyasından sonra dönmə kamerasının inşası üçün ərazidə aidiyyəti qurumlarla kommunikasiyalar dəqiqləşdirilərək sahə tikinti işlərinə hazır vəziyyətə gətirilib. “Həzi Aslanov” stansiyasının dalan yolunda isə yenidənqurma işləri növbəti mərhələyə çatdırılıb”, - deyə qurum rəhbəri əlavə edib.
AYNA sədri qeyd edib ki, Dövlət Proqramı çərçivəsində 10 yeni stansiyanın tikintisi Bakı metrosu tarixində qısa müddətdə reallaşdırılacaq ən böyük genişlənmə mərhələlərindən biri olacaq: “Bu stansiyalardan birinin 2026-cı ildə istifadəyə verilməsi nəzərdə tutulur və ötən ildə B4 layihə adlı stansiyada təmir və tikinti işləri sürətlə davam etdirilib”.
12:25 / 10 May 2026
181
12:22 / 10 May 2026
34
00:41 / 10 May 2026
301
00:37 / 10 May 2026
2295
00:33 / 10 May 2026
125
00:20 / 10 May 2026
371
00:18 / 10 May 2026
117
00:15 / 10 May 2026
116
00:05 / 10 May 2026
253
23:58 / 09 May 2026
989
23:55 / 09 May 2026
107
23:54 / 09 May 2026
188
23:52 / 09 May 2026
116
23:46 / 09 May 2026
505
23:44 / 09 May 2026
112
23:27 / 09 May 2026
460
23:04 / 09 May 2026
309
22:56 / 09 May 2026
126
22:42 / 09 May 2026
364
22:10 / 09 May 2026
396
21:38 / 09 May 2026
343
21:22 / 09 May 2026
312
21:02 / 09 May 2026
413
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.