2027-dən yeni imtahan qaydası: Esse şərti gəlir – Abituriyentləri nə gözləyir?
27 Aprel 2026, 18:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
777
28.01.2026, 11:17
Ötən gün Rusiya növbəti bir vəhşiliyini ortaya qoydu. Rusiya Ukrayna ordusunu deyil dinc insanları hədəf aldı. Beləki, Rusiya dronları Xarkov bölgəsində sərnişin qatarına zərbə endirdi, nəticədə lokomotivdə və vaqonda yanğın baş verdi. Ukrayna Prezidenti Vladimir Zelenski açıqlamasında bildirdi ki, qatarda 200-dən çox insan olub:” Rusiya dronlarından birinin vurduğu vaqonda 18 nəfər olub. Üç dron tərəfindən edilən bu hücumda dörd nəfər həlak olub”.
Xatırlayırsınız, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edildi? AZAL təyyarəsini Rusiya vurmuşdu. Təyyarədə olan 67 nəfərdən yalnız 29 nəfər sağ qaldı. Bəli, Rusiya əgər qisasçılığa başlayırsa, mütləq bunu dinc insanlardan başlayır, silahsız, əliyalın, uşaq, qadın , qocadan heyfini alır. Putin hakimiyyəti Bakıda casus yuvası olan “ Rus evi”nin bağlanmasının qisasını belə aldı.
İlk gündən hədəfin dinc əhalinin kütləvi ölümünü hədəfləyən Rusiya qüvvələri Zaporojye bölgəsində Stepnoqorsk şəhəri istiqamətində irəliləməkdədirlər.
Bütün olanlar Ukrayna mübarizlərinin vətəni müdafiət etmək missiyasından çəkindirmir. Özlərindən 10
Dəfə artıq güclü bir ordunun qarşısında duruş gətirməkdə israrlıdırlar. Dinindən asılı olmayaraq vətənini sevən, onu qoruyan hər kəs müqəddəs hesab olunur. Bəlkə də Allah bu səbəbdən ukraynalılara yardımçı olur, bəlkə də elə Rusiyanın 3 günə Ukrayna bizə təslim olacaq” niyyətinə Allah rəvac vermədi?
Özünü dünyanın “birincidərəcəli” qüdrətli dövləti hesab edən Rusiya düz 4 ilə yaxındır ki, özündən hər bir sahədə qat-qat zəif olan Ukraynanın qarşısında gülünc vəziyyətdə qalıb!
Rusiya indiyə qədər 1 236 570 hərbçi, 11 609 ədəd tank, 23 958 ədəd zirehli döyüş maşını, 36 713 ədəd artilleriya sistemi, 1 629 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 286 hava hücumundan müdafiə sistemi, 434 ədəd hərbi təyyarə, 347 ədəd helikopter, 76 102 ədəd avtomobil texnikası, 117 724 ədəd PUA, 4 205 qanadlı raket, 28 gəmi/kater, 2 sualtı qayıq, 4 053 xüsusi avadanlıq itirib.
Bu gün Rusiya bu qanlı və işğalçı savaşda nələr itirdiyinin fərqində deyil bəlkə, amma dürüst insanlar, mərhəmətli şəxslər anlayır ki, nahaqq, heç vaxt haqqa qalib gələ bilməyəcək. Haqq gec gələ bilər, amma gəlir!
Əntiqə Rəşid
Həmçinin oxuyun
18:37 / 27 Aprel 2026
81
18:20 / 27 Aprel 2026
29
18:15 / 27 Aprel 2026
154
17:55 / 27 Aprel 2026
47
17:40 / 27 Aprel 2026
170
17:15 / 27 Aprel 2026
52
17:13 / 27 Aprel 2026
48
16:50 / 27 Aprel 2026
48
16:36 / 27 Aprel 2026
65
16:32 / 27 Aprel 2026
511
16:21 / 27 Aprel 2026
59
16:09 / 27 Aprel 2026
875
16:04 / 27 Aprel 2026
135
16:01 / 27 Aprel 2026
65
15:54 / 27 Aprel 2026
99
15:52 / 27 Aprel 2026
73
15:47 / 27 Aprel 2026
84
15:17 / 27 Aprel 2026
88
15:11 / 27 Aprel 2026
62
15:04 / 27 Aprel 2026
582
14:53 / 27 Aprel 2026
350
14:43 / 27 Aprel 2026
62
14:41 / 27 Aprel 2026
63
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.